Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov tutduğu vəzifədən istefa verib.

Məsələ ilə bağlı "Unikal"a danışan Muxtar İmanov istefasının səbəbini açıqlayıb:

"Mən Folklor İnstitutunda direktor olduğum zaman eyni vaxtda Azərbaycan Dillər Universitetində ictimai əsaslarla kafedra müdiri idim. İctimai əsasla çalışmaq o deməkdir ki, burada heç bir hüquq pozuntusu yoxdur və mən oradan pul da almırdım.  ADU-da yarımştat dərs deyirdim.

AMEA-nın prezidenti İsa Həbibbəyli məni çağırıb dedi ki, 2 yerdə işləməyinlə bağlı səndən narazılıq var. Bildirdi ki, ya oranı seç, ya da buranı.

Mən də ADU-nu seçdim və AMEA-dakı vəzifəmdən istefa verdim.

Hazırda ADU-da tam ştat "Azərbaycan ədəbiyyatı" kafedrasının müdiriyəm və dərs deyirəm", - deyə o qeyd edib.

Murad İbrahimli

***

11:50

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov tutduğu vəzifədən istefa verib.

"Unikal" yenisabah.az-a istinadən xəbər verir ki, onun istefa ərizəsini dünən iş gününün sonunda köməkçisi vasitəsilə AMEA prezidentinə təqdim etdiyi bildirilir.