Sosial (3-06-2024, 14:54)
“Prosesi nəzarətdə saxlamaq çətindir” – SOCAR-a hücumla bağlı gerçəklər
“Heç kəsə sirr deyil ki, dünyada dövlətlər arasında etimadsızlıq mühiti hökm sürür. Bu reallıqlar fonunda Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı nümunə və örnəkdir”.
Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Elman Nəsirov SOCAR-ın İstanbul ofisinə təşkil olunan hücumu şərh edərkən deyib.
Onun sözlərinə görə, Bakı-Ankara dostluğu və müttəfiqlik münasibətləri regionumuzda, eləcə də dünyamızda sülhə, əminamanlığa xidmət edir:
“Lakin onu da qeyd edim ki, bir sıra anti-Azərbaycan və anti-Türkiyə siyasi dairələr bu iki dövlət və xalq arasındakı dostluğa, qardaşlığa kölgə salmağa çalışırlar. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycan Dövlət Neft Şirkətinin İstanbuldakı ofisinin qarşısında keçirilən etiraz addımlarının motivlərini başa düşmək mümkündür. Bu ofis qarşısında Türkiyədə kök salmış və İran tərəfindən maliyyələşdirilən qruplaşma etiraz aksiyası keçirib. Tələbləri də odur ki, Azərbaycan İsrailə neft satışını dayandırsın. Çox əsassız bir iddiadır”.
Deputat deyib ki, şirkətlər öz neftlərini dünyada treyderlərə satırlar və bu, bəlli bir həqiqətdir:
“Treyderlər həmin nefti alıb, istənilən ölkəyə sata bilir. Bu baxımdan da şirkətlər prosesə nəzarət edə bilmirlər. Biz neftimizi treyderlərə satırıq, onlar da hansı ölkəyə və hansı qiymətə satırlar, artıq öz işləridir. Prosesi nəzarətdə saxlamaq çətin məsələdir. Məsələyə bu kontekstdə yanaşdıqda bir daha qeyd edirəm ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir, heç kim mövcud qardaşlığa, müttəfiqlik münasibətinə xələl gətirə bilməz! Dövlətlərimiz, dövlət başçılarımız, xalqlarımız dost və qardaşdırlar. Bütün bu reallıqlar fonunda müəyyən siyasi dairələr bulanıq suda balıq tutmaq xəttini həyata keçirirlər. Amma bunun heç bir nəticəsi olmayacaq! Çünki bizim işimiz haqq işidir, biz bölgəmizdə və dünyada sülhün, ədalətin bərqərar olmasında maraqlı dövlətik. Bu istiqamətdə də həlledici, mühüm addımlara imza atırıq”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024