Sosial / Slayd (27-05-2024, 12:09)
ETSN-nin QUSAR RƏZALƏTİ... - YENİ FAKTLAR
Qusar Meşəsinin vəzifə səlahiyyətlərindən sui istifadə edərək özgəninkiləşdirilməsi və tikintiyə cəlb edilməsi ilə bağlı Baş Prokurorluğun araşdırması davam edir. Hələ ki, günah keçisi olaraq ancaq Qusar şəhər bələdiyyəsi saxlanılıb barəsində cinayət işi açılıb.
Dia-az.İnfo xatırladır ki, rəsmi olaraq 22 hektar meşədə 4 mindən artıq ağac kəsilməsi üçün razılaşdırılıb və ETSN tərəfindən dəymiş ziyan hesablanıb. Amma reallıq tamam fərqlidir.
Acınacaqlı orasıdır ki, Qusardakı özbaşınalığa görə rəsmi olaraq dəymiş ziyan kimi 14 min 500 yüz manat hesablanıb.
Və bunu ETSN-nin başbilənlər9i rəsmiləşdirib. 22 hektar meşəni təzyiq qarşısında verdiyini deyən ETSN, heç olmasa ağlabatan dəymiş ziyan hesablamayıb. 14,500 bir və ya bir neçə orta ölçülü ağacın dəymiş ziyanı edir normalda. Belə heç hektarına min manat düşmür və ya ağac başına 3-4 manat düşür. Bu qanunsuzluğun adını siz qoyun.
Dia-az.İnfo xəbər verir ki, sözügedən meşə QƏTLİAMI Haftoni meşəsindəki qanunsuzluqlardan bir müddət sonra bəzifədən uzaqlaşdırılan Namik Xıdırovun dövründə baş verib. Hazırda o başqa Abşeron İcra Hakimiyyətində yüksək vəzifədə çalışır.
Eyni vaxtda onunla qohumluq əlaqəsi olan Qafar Ağayev Quba Qusar bölgəsində yerli Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi olub. Hazırda Bakı Ekologiya idarəsinin rəisidir. O təkcə bu qanunsuz özbaşınalıqda iştirak etməyib, özünə ordan torpaq sahəsi götürməyi də yaddan çıxarmayıb. Ola bilər başqasının adına amma bunu sübut etmək elə də çətin olmaz, hüquq mühafizə orqanlarına.
Ümumilikdə həmin 22 hektarda torpaq sahiblənənlərin əsl sahibləri tapılsa məsuliyyət dairəsi aydın olacaq.
Dəymiş ziyanın hesablanmasında iştirak edən ETSN Əməkdaşı Sadiq Salmanov digər qanunsuz əməllərinə görə (hərraclarda etdiyi korrupsiya əməllərinə görə) həbsdədir...
ƏLAVƏ BİLGİLƏRİMİZ OLACAQ...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024