Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-12-2023, 16:04)
Ramin Abdullayev tikinti sektoruna hansı yenilik gətirdi?

 



İnfrastruktur və abadlaşma üçün milyardlarla vəsait sərf olunan paytaxt Bakı yöndəmsiz tikililərinə və bərbad yol sisteminə görə ictimaiyyət arasında daima tənqid olunur. İllərlə müxtəlif rəsmi qurumların Bakıda inşa edilən yeni binaların necə gəldi tikilməsinə göz yummaları, bu sahədə acınacaqlı vəziyyət yaradıb.Bakı şəhərində  tikinti işlərinin normativlərə uyğun və şəffaf şəkildə aparılmasını təmin etməli olan Publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi  nəinki bu sahəyə səlahiyyətləri çərçivəsində nəzarət edə bilir, əksinə bu qurumda günü-gündən dərinləşən korrupsiya mövcud vəziyyəti daha da gərginləşdirib.  Mediatv.az-ın internet üzərindən apardığı araşdırmaya əsasən deyə bilərik ki, Bakı şəhərində sahibkarların bina tikmə işində narazılıqları və rüşvət halları həndəsi silsilə ilə artmaqdadır.Buna səbəb kimi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi rəhbərliyinin güni-gündən "artan tələbləri" durur.Mediatv.az xəbər verir ki,tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Bakı haqqında bir neçə kitabın müəllifi Elçin Əliyev sosial şəbəkədə bir paylaşım  etmişdi.: “Qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq”.Müsahibələrinin birində o bildirir: Bir vətəndaş və memar kimi Bakının Baş Planı ilə tanış olmaq istəsəm də, hələ də tanış ola bilmədim. Azərbaycanın ayrı mərkəzi şəhərlərinin planları saytda var, amma Bakı haqqında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında ümumi sözlərdən başqa heç nə görmədim. İnkişaf etmiş xarici ölkələrdə isə belə deyil.
Hər bir məhəllənin və ya binanın təmiri və ya sökülməsi barədə dəqiq məlumatlar verilir. Bizdə isə hələlik əksinədir. İndiyə kimi iki bakılı o birini görəndə soruşur: “Binanızı nə vaxt sökəcəklər?” Heç kimin bu suala cavabı da yoxdur. Nəticədə Bakıda yüz minlərlə insan “çamadanların üzərində” yaşayır. Məlumatları yoxdur ki, evlərinin taleyi sabah nə olacaq.
Doğrudanmı baş verənlərə görə,şəhərdəki xaotik və qanunsuz tikintilərə  heç kim günahkar deyil?
 Tikinti-Planlaşdırma Mərkəzi “məndən əvvəl olub”, deyərək yaxasını məsuliyyətdən kənara çəkir. Halbuki Mərkəz, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin hüquqi varisi olduğuna görə məlum idarənin məsuliyyətini də daşıyır. Amma olsun. Belə deyək ki, bizdə çox şeylər qanunlardın yanından “sürüşməklə” baş verir. O üzdən Komitənin özündan əvvəl baş verənlərə görə məsuliyyətdən yan “qaçmasını” başa düşürük.

 Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin  hazırkı vəziyyət elədir ki, tikinti üçün bura müraciət edən sahibkarlardan, vətəndaşlardan açıq-aydın formada rüşvət istənilir. Bakı şəhərinin baş planının olmamasını bəhanə gətirərək tikintilərə icazə verməyən bu qurumun rəsmiləri çox vaxt istəklərinə nail olurlar.İnternet üzərindən apardığımız araşdırma zamanı,o da məlum oldu ki Bakı şəhərində tikilən əksər  binaların təməlinə tikintiyə nəzarət edən şəxslərin aldıqları haram pullar dayanır.Bunun nəticəsi olaraq şirkətlərinin  verdikləri külli miqdarda rüşvətə görə  mənzillərin maya dəyəri bir neçə dəfə artırılmışdır.Təbii ki, həmin pullar hamısı mənzillərin maya dəyərinə daxil edilir və alıcılara təklif edilir. Ancaq bunun qarşısını almaq üçün tikinti bazarında şərtləri şəffaflaşdırmaq, qeyri-rəsmi ödənişlərin  ləğvinə nail olmaq lazımdır. Əgər bu problemlər həllini tapmasa, mənzil bazarında qiymətlər artacaq qeyri-xaotiklik sürətlənəcək. Qeyd edək ki, bir neçə il öncə Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında səkkiz sot torpaq sahəsində anbar tikmək istəyən Anar Hüseynov adlı sahibkar, Ramin Abdullayevi  icazə üçün 20 min manat rüşvət  istəməkdə ittiham etmişdi.Bu onu deməyə əsas verir ki Ərazi Tikinti-Planlaşdırma Mərkəzininin yaranması və Ramin Abdullayevin Mərkəzə rəhbər təyin olunması tikinti sektoruna elə bir yenilik gətirə bilmədi...
Davamı var..
Mediatv.az olararaq qarşı tərəfin cavab haqqını tanıyırıq.шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024