Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (29-08-2023, 08:42)
“Bina tikintisinə icazə bazarı”da qanunların işdəməsinə kimlər maneə olur?

 



Bu gün ölkə ərazisində Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura komitəsinin normativ sənədlərin tələblərinə uyğun olmayan minlərlə müxtəlif təyinatlı tikili var,və bu tikililər bu gündə davam edir.
Mediatv.az xəbər verir ki ,ölkədə daş üstə daş qoyulanda öncə bu dövlət qrumunun normativ tələblərinə əməl edilməli və tikinti işləri yalnız bu qrumun icazəsi ilə həyata keçirilməlidir.Qanunları pozan şəxslər barəsində tədbir görmək üçün isə onların yeteri qədər təsir vasitələri və imkanları var.Amma bu gün hökm sürən mövcud vəziyyətə nəzər salanda Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura komitəsinin mövcudluğuna belə inanmaq olmur.Əks halda bu qədər sayda qanunsuz tikili olmazdı.Amma bu o demək deyilki Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura komitəsinin bundan xəbəri yoxdur.Qanunsuz əksər tikililərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışı var.Bu da o anlama gəlirki tikililər həm icra hakimiyyəti həmdə bu iki dövlət qrumu tərəfindən “razılaşdırılıb”.Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura komitəsi həm dövlət həm də fiziki şəxslər tərəfindən inşa olunan bütün növ tikililərin aparılmasına bir başa nəzarət etməli olan bir qrumdur.Amma bu gün həm şəhər həmdə rayonlarda milli memarlıq üslubuna və estetik gözəlliyə uyğun olmayan xeyli sayda tikililər aparılır.Bu hələ problemin ən yumuşaq və gözardı hissəsidir.
 Mediatv.az xəbər verir ki,qeyri-qanuni tikililərin qarşısını almaq,şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirmək,göstərilən xidmətlərin keyfiyyətinin artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradıldı.Bu vəzifənin icrası 05.06.2020-ci il tarixdən Ramin Abdullayevə həvalə edildi.Mətbuat üzərindən apardığımız araşdırmaya əsasən deyə bilərik ki,bundan sonra bu qurumda günü-gündən dərinləşən daxili intriqa və korrupsiya mövcud vəziyyəti daha da gərginləşdirib.Dövlət Şəhərsalma və Arxitektura Komitəsində birincilik uğrunda, daha doğrusu, daha çox pullar uğrunda gedən mübarizə sahibkarları narazı salmaqla yanaşı, eyni zamanda, Bakı şəhərində yöndəmsiz tikililərin sayını da artırdı.Komitə sədrinin müşaviri Rüfət Mahmud ilə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Ramin Abdullayev arasında gedən “bina tikintisinə icazə bazarı” uğrunda savaşı Komitə rəhbərliyi dayandıra bilmirdi.Nəhayət bu mübarizədən Ramin Abdullayev "qalib" çıxdı və 28.12.2021-ci il tarixində isə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat aldı.Ramin Abdullayevin yeni yaradılmış quruma sədr təyinatı tiknintidəki xaosun,özbaşınalığın qarşışın almaqda "aciz" duruma düşdi.Ramin Abdullayev tikinti sektoruna elə bir yenilik gətirə bilmədi.Əksinə “bina tikintisinə icazə" almaq üçün sahibkarlar daha çox "xərcləməli" oldular.Sahibkarların “bina tikintisinə icazə" almaq üçün  daha çox pul xərcləməsi  daşınmaz əmlak bazarında da qiymətləri yüksəldib. Tikinti şirkətlərinin  verdikləri külli miqdarda rüşvətə görə  mənzillərin maya dəyəri bir neçə dəfə artırılmışdır . Təbii ki, həmin pullar hamısı mənzillərin maya dəyərinə daxil edilir və alıcılara təklif edilir. Əvvəl tikinti şirkəti 17-18 mərtəbəli binaya görə rüşvət verirdi, indi isə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi qeyri-rəsmi deyir ki, 10 mərtəbədən yüksək bina tikilə bilməz. Yan-yana tikilən binalar maksimum 12 mərtəbə göstərilir və bu halda həmin rüşvət 18 deyil, 12 mərtəbəli binanın maya dəyərinə daxil edilir. Bu da istər-istəməz qiymət artımlarına gətirib çıxarır.
Ekspertin sözlərinə görə, 12 mərtəbə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin tələbidir və indi 12 mərtəbədən yüksək  tikintilər faktiki olaraq qadağan edilib.
Araşdırmamız davam edir..
Qarşı tərəfin cavab haqqını tanıyırıq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024