Sosial (14-12-2023, 08:12)
Elm və Təhsil Nazirliyinin “tender patronu”... - Fərhan Əliyevin qaydaları…
Azərbaycanda dövlət qurumları tərəfindən həyata keçirilən tenderlərdə maliyyə maxinasiyaları barədə mediada illərdi təkzib olunmayan məlumatlar dərc edilir.
Son illər tender sahəsində aparılan islahatlar bu sahədə də xeyli neqativ halları aradan qaldırıb. Amma bir çox dövlət qurumlarının həyata keçirdiyi bəzi məmurların maraqlarının təmin edilməsi məsələsi hələdə qalmaqdadır. Belə qurumlardan biri də Elm və Təhsil Nazirliyidir.
AzToday.az-ın əldə etdiyi məlumata görə Elm və Təhsil Nazirliyində tender məsələlərinə cavabdeh qurum olan Əsaslı Tikinti və Təchizat İdarəsindədə yuxarıda qeyd etdiyimiz problemlər yaşanır. Saytımıza daxil olan məlumatda iddia edilir ki, Elm və Təhsil Nazirliyinin tender məsələlərində əsas söz sahibi Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi müavini Fərhan Əliyevddir. Məhz nazirliyin tenderlərində qalib olan şirkətlər Fərhan Əliyevin “qaydalar”ı ilə hərəkət etməyə məcburdurlar.
Məlumata görə tenderdə qalib olan şirkətlər, tikinti sahəsində istifadə olunan müxtəlif mal-matrealları Fərhan Əliyevə yaxın olan şəxslərdən almalıdırlar. Bu “qaydaya” əməl etməyən şirkətlərin isə Fərhan Əliyev tərəfindən müxtəlif vasitələrlə cəzalandırıldığı iddia edilir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyininin Əsaslı Tikinti və Təchizat İdarəsində uzun müddətdir ki, Fərhan Əliyevin söz sahibi olması ilə bağlı ölkə mətbuatında dəfələrlə təkzib olunmayan məlumatlar dərc edilib. Hazırda Əsaslı Tikinti və Təchizat İdarəsində əsas şəxsin yeni təyinat alan Valeh Mirzalıyev deyil, Fərhan Əliyev olduğu bildirilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: AzToday.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024