Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (29-01-2021, 15:30)
Təhsil nazirliyində tender monopoliyası - Fərhan Əliyevin qaydaları..

Təhsil nazirliyində tender monopoliyası
Azərbaycanda hazırda ən çox korrupsiya halları dövlət qurumlarının həyata keçirtdiyi satınalmalarda baş verir. Bu barədə ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilməsinə baxmayaraq, hələ də dövlət tenderlərində korrupsiya qaydaları dəyişməz olaraq qalmaqdadır.

Ölkədə ən çox tender keçirən qurumlardan biri də Təhsil Nazirliyidir.

PİA.az-a verilən məlumata görə Təhsil Nazirliyinin keçirtdiyi dövlət satınalmalarında qalib olan şirkətlərin əksəriyyəti nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin qoyduğu “qaydalar” əsasında işləyir.

Həmin qaydalara isə nəzarti Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev rəhbərlik etdiyi bildirilir.

Saytımıza daxil olan məlumatda qeyd edilir ki, Təhsil Nazirliyinin dövlət satınalmalarında qalib olmaq istəyən şirkətlər mütləq şəkildə Fərhan Əliyevin qoyduğu “qayda”ya əməl etməlidir. Həmin qayda isə ondan ibarətdir ki, tenderi udan şirkət görəcəyi işlər üçün bütün gərəkli malları Fərhan Əliyevin yaxın adamlarına məxsus şirkətlərdən almalıdırlar.

Mənbə bildirilir ki, Fərhan Əliyevin yaxın adamlarına məxsus şirkətlərdə satılan mal-matrealların qiyməti bazardakı qiymətdən xeyli bahadır. Bu yolla keçirilən bütün tender əməliyyatlarında büdcəyə ciddi ziyan vurur və alınan bütün malların qiymətləri bir neçə dəfə şişirdilir. Bu isə keçirilən tenderin əhəmiyyətini itirir, görülən işlərin keyfiyyətini isə bir neçə dəfə aşağı salır. Halbuki dşvlətin tender keçirməkdə əsas məqsədi daha aşağı qiymətlərlə öz işlərini görmək və özəl şirkətlərin rəqabəti fonunda büdcəni artıq xərclərdən xilas etməkdir. Azərbaycanda isə bu sadə həqiqət həmişə əksinə başa düşülür və keçirilən tenderlər əslində məmurların büdcəni talamaq məqsədi daşıyır.

PİA.az-ın əldə etdiyi məlumata görə yeni təhsil naziri Emin Əmirullayev Nazirliyin alqı-satqı işlərində sözügedən neqativ halları aradan qaldırmağa çalışsa da, onun sərt təpkilərlə üzləşib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq ...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024