Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-11-2023, 08:34)
Qazilərin adından ƏMƏLİYYAT PULU maxinasiyası... - ARAŞDIRMA

Qazilərin adından ƏMƏLİYYAT PULU maxinasiyası...
Mərkəzi Hərbi Hospitalın İkinci Qarabağ müharibəsi əlillərinin ayağının amputasıyasını qadağan etdiyi iddia olunur.

Bu barədə psixoloq Ramil Nəcəfli sosial şəbəkədə yazıb.

O bildirib ki, həkimlər məsələni ictimailəşdirməkdən çəkinirlər:

“Bir neçə qazi var ki, ayaq tamamilə sıradan çıxıb. Ən yaxşı həkimlər ümumi rəy verib ki, ayaq kəsilməlidir. Hərbi Hospital həkimlərə qazilərin ayağını kəsməyi qadağan edib. Deməli, qazinın ayağını hər 3-4 aydan bir boş yerə əməliyyat edirlər. Hər dəfə də “YAŞAT” Fondundan minlərlə manat pullar ayrılır, sadəcə, ayaq üzərində müxtəlif əməliyyatlar edirlər”.

“Çünki hospital rəhbərliyinə qazilərin yararsız və sağalmayan, çarəsiz ayaqlarını kəsib problemi kökündən həll etməkdənsə, onu 10-15 dəfə boş yerə əməliyyat etmək maddi cəhətdən sərfəlidir. Elə qazi var ki, ayağını 20 dəfə əməliyyat edirlər. Adam intihar həddindədir. Yalvarır-yaxarır ki, istəmirəm bu ayağı, protezlə gəzərəm. İşin peşəkarı həkimlər də deyir ki, bu ayaqdan ayaq olmaz. Sağalmayacaq. Amma kəsmək qadağandır”, – Ramil Nəcəfli iddia edib.

Psixoloq bildirib ki, həkimlər və əziyyət çəkən əlil hərbçilər məsələ ilə əlaqədar birbaşa danışmaqdan, bunu ictimailəşdirməkdən çəkinirlər:

“Faktlar gizlədilir. Heç kim yaxın durub danışmır. Kimisini 15 dəfə boş yerə əməliyyat edib prosesi uzadaraq pul silirlər. Kimilərinə də pul əsirgəyirlər. Xəstənin taleyi üçün düzgün qərarlar vermək isə çox vaxt tibbi qərarlardan, bu qərarları verənlərin vicdanından asılıdır. Bir əməliyyatla problemi həll etmək əvəzinə 18 dəfə əməliyyat etmək nə deməkdir?”.

“YAŞAT” Fondundan Meydan TV-yə bildirilib ki, müharibə əlillərinin müalicə və əməliyyatı birbaşa onlara müraciət edildiyi zaman qarşılanır:

“Əməliyyat Mərkəzi Hərbi Hospitalda həyata keçirilirsə, Fond tərəfindən heç bir köməklik göstərilə bilməz. Fondumuz dövlət tərəfindən müalicə və əməliyyat təmin olunmadığı təqdirdə qarşılanır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək əlil olmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailələrinin üzvləri fonda birbaşa müraciət edəndə, biz müalicə və əməliyyatı qarşılayırıq. Hansısa quruma bunun üçün fond tərəfindən pul ayrılmır”.

Mərkəzi Hərbi Hospital zənglərə cavab verməyib.

Müdafiə Nazirliyi isə Meydan TV-nin sorğusunu cavablandırmayıb.

“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü Rey Kərimoğlu Meydan TV-yə deyir ki, Qarabağ müharibəsi əlilləri hər yerdə dövlət hesabına müalicə, əməliyyat olunurlar:

“Amputasiya da bahalı bir əməliyyat deyil. Elə ayaqlar var ki, onu saxlamaq üçün həkim lazım gəlsə, 5-6 əməliyyat edir ki, ayağı kəsməyib saxlasın. Qazi özü bezir ki, kəsin canım, qurtarsın. Amma həkim təklif edir ki, bir il, il yarım, yaxud da ay əməliyyatlardan sonra sağalıb, yeriyəcəksən. Əgər hansısa qazi belə hallarla rastlaşıbsa, Baş Prokurorluğa, dövlət təhlükəsizlik orqanlarına müraciət etsin. Hər rayonda qazilərlə iş şöbəsi var, onlara müraciət etsinlər”.

““Qarabağ qaziləri” İctimai Birliyinin sağlamlıqla bağlı sədrin iki nəfər müavini var, bizə müraciət etsinlər. Ola bilsin ki, qazi özü istəyir. Həkim kəsməyə təyinat vermir”, – deyə Rey Kərimoğlu bildirib.


Mənbə: Meydan TV
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024