Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-11-2023, 09:27)
22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günüdür

 



Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkminləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və cənab Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsas tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.
Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və cənab Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra notariat sistemi də yeni mərhələyə qədəm qoydu.
1993-cü il noyabrın 26-da “Notariat haqqında” qanun qəbul edildi və 2000-ci il yanvarın 30-da isə qüvvəyə mindi. Bu qanun özündən əvvəlki qanunla müqayisədə xeyli təkminləşdirilmişdir. Belə ki, qanunda xüsusi notariusların yaradılması və onlara dövlət notariusiarı ilə eyni hüquqlar verilməsi nəzərdə tutulurdu.
Hüquq-mühafizə orqanının ayrılmaz tərkib hissəsi olan notariat Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş vətəndaşların hüquq və qanuni mənafeyinin hüquqi müdafiəsinin etibarlı təminatçısıdır. Ölkəmizdə notariat fəaliyyəti özəlləşir və bu baxımdan obyektiv, qərəzsiz notariat fəaliyyətini təmin etmək üçün dövlət xüsusi notariusların maddi cəhətdən heç nədən asılı olmamalarında daha çox maraqlıdır.
Notariat institutunun tarixi çox qədim zamanlara gedib çıxır. Tarixin müxtəlif dövrlərində notariuslar cəmiyyətin çox fərqli təbəqələrinə - kilsəyə, ayrı-ayrı şəxslərə, dövlətə qulluq göstərsələr də, notariat institutunun mahiyyəti dəyişməz olaraq qalır: dövlət əhəmiyyətli sənədlərin vətəndaşlar arasında bağlanan müqavilələrin hüquqi xarakter alması və hüquqi nəticələr yarada bilməsi üçün notariusun təsdiqi (imza, möhür və s.) vacibdir. Bu notariusun üzərinə olduqca böyük məsuliyyətlər qoyur. Məhz buna görə də yuxarıda qeyd etdiyimiz kimi hələ ta qədimlərdən notarius fəaliyyəti ilə məşğul olmaq üçün ciddi şərtlər qoyulmuş, notariusun dürüstlüyü və qanunlara riayət etməsi ilə fərqlənən vətəndaşlar arasından seçilməsi nəzərdə tutulmuşdur. Onu da qeyd edək ki, Ədliyyə Nazirliyinin mühüm strukturu kimi vətəndaşlarla gündəlik təmasda olan, onlara hüquqi yardım göstərən, mülkiyyət münasibətlərini qanunvericilik əsasında tənzimləyən notariat orqanlarının statusunu, onların fəaliyyət istiqamətlərini vətəndaşlar getdikcə daha dərin dərk edir, hüquqi sənədlərin rəsmiləşdirilməsinə ciddi yanaşırlar. Bu sahəyə edilən müraciətlərin sayının artması, onun əhatə dairəsinin genişlənməsi isə “Notariat haqqında” qanunun daha da təkminləşdirilməsini zəruri etmişdir. Bunun da sayəsində əvvəlki illərlə müqayisədə notariat hərəkətlərinin sayı artmış, elektron notariat və vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış, qeydiyyat informasiya sistemi yaradılmış, dövlət notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirilmişdir. Həmin informasiya sistemləri vasitəsilə notariat hərəkələrinin rəsmiləşdirilməsi xeyli sadələşdirilmişdir.23.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmanın əsas məqsədi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsidir. Ədliyyə orqanlarında aparılan islahatlar vətəndaşların hüquq və mənafelərinin təminatına xidmət edir.
2023-ci il ədliyyə qulluqçularının peşə bayramı dövlətimiz və xalqımız üçün şanlı tarixi dövrə təsadüf etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. Biz bir daha sübut etdik ki, qədim tarixi ənənəyə malik, torpağına və Vətəninə bağlı, öz torpaqlarının hər qarışı uğrunda şəhid olmağa hazır olan millətik. Xalqımızın birliyi sarsılmazdır. Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Vətənimizi mənfur düşməndən azad edə bildik.
  Mən Bakı şəhər 48 saylı  Notariat Kontorun xüsusu notariusu ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi barədə verdiyi tapşırığı əsas tutaraq vətəndaşların müraciətinə qayğı və həssaslıqla yanaşıram. Çalışıram ki, edilən müraciətlərin həllini qanuni şəkildə vətəndaşlara izah edib aydınlaşdırım.
Bakı şəhər 48 saylı Notariat Kontorunun əməkdaşları, başda Ədliyyə Naziri cənab Fikrət Məmmədov olmaqla nazirliyin bütün kollektivini, Notariat idarəsinin rəhbərliyini və bütün əməkdaşlarını, eləcə də qeydiyyat və notariat baş idarəsinin əməkdaşlarını, ümumiyyətlə bütün ədliyyə işçilərini 22 noyabr peşə bayramı münasibətilə təbrik edir, onların hər birinə ayrı-ayrılıqda can sağlığı, işlərində nailiyyətlər və ailə səadəti arzulayırıq.
Bayramınız mübarək olsun, əziz həmkarlarımız!

    Səadət Hüseynov
 48 saylı Notariat Ofisinin Notariusu
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024