Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-11-2023, 14:02)
İşdən qovulan Çingiz Ələsgərovla bağlı AÇIQLAMA - "...izahata ehtiyac yoxdur"

İşdən qovulan Çingiz Ələsgərovla bağlı AÇIQLAMA
Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə bir qrup əməkdaşı teatrdan uzaqlaşdırıb. Bunu Qaynarinfo-ya açıqlamasında teatrşünas Çingiz Ələsgərov deyib. Onun sözlərinə görə, əməkdaşların işdən uzaqlaşdırılması Mədəniyyət Nazirliyinin teatra göndərdiyi məktub əsasında həyata keçirilib: “Bizi yaşla əlaqədar teatrdan qovublar. Deyirlər ki, qocalmısınız, daha bəsdir, icazə verin yerinizə cavanlar gəlsin. Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə məni otağına çağırıb bildirdi ki, mədəniyyət naziri Adil Kərimli teatra məktub göndərib. Məktubda qeyd edib ki, yaşlı əməkdaşlar teatrdan çıxarılsın, yerinə cavanlar götürülsün. Mehriban xanım dedi ki, sizinlə işləmək istərdim, amma nazirin göstərişi var, heç nə edə bilmərəm. Musiqi hissə müdiri Səadət Qarabağlını çağırıb dedi ki, sizinlə işləmək istəmirəm. Məni və digər əməkdaşları işdən çıxarıblar. 45 ildir ki, mən bu sənətdəyəm, insanı birdən-birə bayıra atmazlar ki? İndi mən işləməsəm, necə dolanacağam? Yaşlı insanların təcrübəsi var, biz cavanlara öyrədə bilərik”. Çingiz Ələsgərov mədəniyyət naziri Adil Kərimliyə müraciət edəcəyini də əlavə edib.
Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə “Sherg.az"a açıqlamasında qeyd etdi ki, teatrın ədəbi hissə müdiri işləmiş Çingiz Ələsgərovun artıq 70 yaşı var:
- Təqaüd yaşı 65-dir. 65 yaşdan sonra əməkdaşlar təqaüdə göndərilə bilər. Çingiz Ələsgərovunsa 70 yaşı var artıq. Təqaüd yaşı 5 ildir keçib. İşdən azadolmalarla bağlı rəsmi açıqlama var. Əlavə izahata ehtiyac yoxdur.
//sherg.az//
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024