Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-10-2023, 08:24)
“Azərsu”nun 40 milyonluq tenderinin qalibi kimdir? - ADLARI

“Azərsu”nun 40 milyonluq tenderinin qalibi kimdir?
“Azərsu” ASC-nin keçirdiyi iki tender müsabiqəsinin qalibi “Nardaran İnvest” MMC, “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı və Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC birgə müəssisəsi olub.
Mediatv.az  Yeniavaz.com-a istinadən xəbər verir ki, “Azərsu” ASC hər iki tender üçün toplam 39 milyon 959 min 568 manat 8 qəpik ödəyəcək.
Belə ki, “Azərsu” ASC Ceyranbatan-Maştağa-Nardaran magistral su kəmərinin bir hissəsinin və bir ədəd su anbarının tikintisi işlərinin satın alınmasına görə 25 milyon 132 min 868 manat 39 qəpik,
“Pirşağı-Bilgəh” şərq kanalizasiya kollektorunun tikintisi işlərinin satın alınmasına görə isə 14 milyon 826 min 699 manat 69 qəpik ödəyəcək.
Qeyd edək ki, “Nardaran İnvest” MMC-nin Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsus olduğu bildirilir.
KİV-də Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-nin isə əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini olmuş Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olduğu yazılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024