Sosial / Slayd (10-09-2023, 09:43)
Bir qrup ingilis dili bilən gəncin PULYEMƏ YERİ...
"Neçə aydır baş verən hadisələrə qarışmıram və kənardan izləyirəm. Çox eybəcər halda davam edir. Qərəz, hikkə dolu təşkilatların intiriqa dolu rəhbərliyi. Bir neçə il öncə QHT-lərə Dövlət Dəstəyi Şurasını söyən və onun yerinə Agentlik yaradılsın deyənlərə sözüm bu gün Agentliyi düşdüyü vəziyyət daha acınacaqlıdır". DİA.AZ bildirir ki, bunu açıqlamasında “Əlilliyi Olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova son günlərin əsas müzakirə predmetlərindən biri kimi diqqətə gələn 3-cü sektorda yaşanılanlara münasibıt bildirərkən deyib.
İB sədri daha sonra əlavə edib: "Yenilik gətirəcəyik dediyiniz yalnız intriqa, qərəz və iftira gətirdi. Onda mən etiraz edəndə ki, Şura bizim ailəmizdir, QHT-lərin evidir və dəstəkdir, həmin insanlar mənə Azay Quliyev və Fərasət Qurbanov işlərini bilmir və onlar QHT-ləri uçruma aparır. Nə oldu ? Siz daha yaxşı qurum yarada bildiz? Bir işi bacara bilmiyəcəksizsə olanı niyə dağıdırsız? Mingəçevirdə mənə dedilər ki, sən Agentliyi əvvəldən qəbul etmədin. Bəli etmədim çünki olanları görürdüm. Düzgün aparılmayan siyasət. Hərc-mərclik,mənəm mənəm iddiası. Bu bir növ bizim 35 il eyni siyasətlə yerində sayan və heç bir yeniliyi olmayan müxalifətə bənzəyir. Sadəcə nə vaxtsa iqtidar olmaq arzusu ilə ümüdsüz arzular qurur. Şuranın vaxtında yığılan təcrübəli işçilərin indi hərəsi bir yerdədir. Yerdə qalan 5-6 nəfərdir.Onlar da mərhələli şəkildə işdən uzaqlaşdırılacaq. Bunu mən QHT-lərə düz 2 il əvvəl demişdim və bu gün artıq hər kəs görür. 4 kuratorun işinə xitam verilir.Yerdə 3 qalır və onlarda yaxın 6 ay müddətində işlərini itirəcək.Buna dur deyən olmasa. Bizim evimiz bildiyimiz Şura,indiki Agentlik daha bizim yox, bir yığın heç bir savadı olmayan yalnız iki cümlə ingilis dilini bilən gənclərin gəlir yerinə çevriləcək. Burax bu gəncləri təşkilatın məqsədini hətta nəyə qulluq edəcəklərini belə bilmirlər. Bu gün hər kəs QHT ola bilər bir kağızla. Ancaq QHt olmaq fədakarlıq istər, mübarizə və illərin təcrübəsini istər. Dünənə kimi yaranan QHT-lər yalnız öz güclərinə ,öz bacarıqlarının və fədakarlığlarına görə ayaqda qalıblar. O, QHT-lərə sıqan yığını deyən şəxslərə bir kəlmə söz demək istəyirəm. Siqan dediyin şəxslər vətəninə və vətəndaşına, dövlətinə xidmət edən şəxslərdir. Onların bəlkə sənin kimi pulu yoxdur. Ancaq ən azından insanlığı və şəxsiyyəti vardır. Heç kimin çörəyi ilə oynamırlar. Dövlətinə və xalqına sevərək, tam təmənnasız xidmət ediblər. 40 yaxın QHT -nin işini prokurorluğa verirsiz, 20 yaxın QHT-ni şərləyib həbs etdirmək istəyirsiz. Səbəb? Məqsədiniz nədir? Bu gün QHT-lər arasında parçalanma sürətlənir,inciklik, narazıçılıq açıq-aydın görünür. Hətta mənim yaxın bildiyim QHT-lər sizə xoş gəlmək üçün mənim tədbirimə belə gəlmədilər ki, birdən gələn dəfə onlara layihə verməzlər. Zatən gələn dəfə heç birinə də layihə verilmiyəcək. Meydan 3-5 rüşvətxor məmurların təşkilatlarına qalacaq və bundan bizim dövlətimiz əziyyət çəkəcək. Mən dövlətimizin idarə edən şəxslərə üz tuturam. Bu ölkə bizimdir və biz ölkəmizi təmənnasız sevirik. Bizim inkişafımız üçün bizə sadəcə sizin dəstəyiniz lazımdır. O, dəstək isə bu hərc-mərcliyə son qoymaqdır".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024