Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (5-06-2014, 16:14)
Azay Quliyev hər il 5 milyon manat vəsaiti hansı layihələrdə «əridir?»

Şura il ərzində layihələrə 5 milyon manata yaxın qrant xərcləyir; həmin qrantların miqdarı 3 min manatla 10 min manat arasında dəyişir…

 

2007-ci ildə Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə yaradılan Azərbaycan Respubilkası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bağlı PİA.AZ-a ilginc məlumatlar daxil olub. Daxil olan məlumatda göstərilir ki, Şura sədri Azay Quliyev və yaxın ətrafı sənəd üzərində adı olan və heç bir layihə reallaşdırmayan QHT-lərə hər il külli miqdarda qrant verirlər. Son nəticədə həmin qrantların böyük əksəriyyəti mənimsənilir. 
Elə bu üzdən də, verilən qrantları ört basdır etmək üçün Şuranın rəsmi saytında (www.cssn.gov.az) qarant ayrılmış layihələrlə bağlı heç bir məlumat yerləşdirilmir və qrant alan təşkilatların adları gizli saxlanılır. 
Halbuki QHT-lərə Dövlət Dəstəyi Şurası mütəmadi olaraq qrant ayırdığı təşkilatların adlarını və onların gördükləri işlərin hesabatlarını rəsmi olaraq öz saytlarında yerləşdirməlidirlər. Ancaq təssüflər olsun  QHT-lərə Dövlət Dəstək Şurası öz rəsmi saytında verilmiş lahiyyələrlə bağlı heç bir məlumat vermir. Qrant almış bəzi QHT-lərin hesabatları isə Şuranın QHT qəzetində  dərc olunmalıdır.
Bildirək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası ildə iki dəfə 200 yaxın QHT-yə müxtəlif lahiyyələr adı altında qrant verir. Ümumilikdə şura il ərzində lahiyyələrə 5 milyon manata yaxın qrant xərcləyir. Həmin qrant lahiyyələrinin büdcələri 3 min manatla 10 min manat arasında dəyişir. 
Verilən məlumata görə 100-dən artıq QHT var ki, onların adları kağız üzərində olmasına baxmayaraq  hər il QHT Şurasının qrant lahiyyəsində yer alır. 
Şuranın nizamnaməsinə görə qrant alan QHT lahiyyənin hesabatını yerli mətbuatda dərc etməlidir. Amma Azay Quliyev və yaxın ətrafı bu məsələnin çözümündə daha asan yol tapıblar. Belə ki, kağız üzərində olan bir çox QHT-lərin hesabat lahiyyələri Azay Quliyevin ofisində hazırlanır və Şuranın arxivinə yerləşdirilir. Layihə haqqında məlumat isə hazırlanaraq  Şuranın nəzdində fəaliyyət göstərən qhtexəbər.az portalına formal olaraq dərc olunur
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasınin 5 milyonluq layihələri ilə bağlı bəzi araşdırmalarımızı bitirdikdən sonra geniş araşdırma yazımızda ətraflı məlumat verəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024