Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (31-07-2023, 11:23)
Namiq Zeynalovun oğlanları əmlakları geri istəyirlər

namiq-zeynalovun-oglanlari-emlaklari-geri-isteyirler


Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun oğlanları Ali Məhkəməyə müraciət ediblər.

Mediatv.az-ın əldə etdiyi xəbərə görə, Rəsul və Fərid Zeynalovlar atalarının cinayət işi üzrə müsadirə edilmiş əmlakları geri istəyirlər. 

Maraqlı şəxslər iddia edir ki, söhbəti gedən əmlaklar onlara məxsusdur və cinayət yolu ilə əldə edilmiş pulla alınmayıb.

Kassasiya şikayəti baxılması üçün Ali Məhkəməyə təqdim edilib.Qeyd edək ki, Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilib.

Bundan başqa iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib. 

Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025