Sosial / Slayd (27-07-2023, 09:10)
Nazirin sökdürdüyü obyekt yenidən tikildi – Nazir nə qədər qazanıb?
17 iyul 2023-cü il tarixində FHN-nin saytında “Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikintilərin qarşısı alınıb (video, foto)” başlıqlı yazı yayımlanmışdı.
Yazıda bildirilirdi ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir:
“Belə ki, Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsində, Yasamal rayonunun Əsəd Əhmədov küçəsi, 24B ünvanında, Yardımlı rayonunun Çayüzü kəndində, Gəncə şəhərinin Əsgər Mərdanov küçəsi və Şıxzamanlı qəsəbəsində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb”.
Həmçinin, saytda foto və video görüntülər paylaşılmışdı.
Həmin görüntüləri təqdim edirik:
Yasamal sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, Əsəd Əhmədov küçəsi, 24B ünvanında FHN-nin sökdüyü obyekt yenidən tikilib istifadəyə verilib.
Obyektin son görüntüsünü təqdim edirik:
Görünür, FHN obyekt sahibi ilə sonda “razılaşa” bildiyindən onun biznesinə “yaşıl işıq” yandırılıb. Razılaşmanın hansı miqyasda baş tutduğunu demək çətin olsa da, “fövqəlnazir” Kəmaləddin Heydərovun bu işdən yaxşı qazandığına şübhə yoxdur. Əks halda, 10 gün keçməmiş tikintinin yenidən həyata keçirilməsinə imkan verilməzdi…