Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Redaktor seçimi (19-07-2023, 11:17)
Saleh Məmmədovla müqayisədə Əhəd Abıyev əmlak sayına görə "Toya getməlidir" -DE-FAKTO

 






Araşdırma yazımıza keçməmişdən öncə qeyd edək ki, adətən Azərbaycan mediasında "yıxılana balta vurmaq" ənənəsinə dərhal əməl etməyi xoşlayırlar. Yəni dəfələrlə və dünən də müşahidə etdik ki, hansısa məmur işdən azad olunduqdan ən geci 1 sutkadan sonra onun dövlət məmuru olduğu dövdə talançılıqla əldə etdiyi əmlakların siyahısı ictimaiyyətimizə təqdim edilir. Amma biz hesab edirik ki, insanlara sağlığına qiymət vermək lazım olduğu kimi, talançı və oğru məmurlara da vəzifədə olanda "QİYMƏT" vermək lazımdır. Yəni, ictimaiyyət təbii sualı verməlidir ki, "Ay məmur, sən necə zirək birisi oldun ki, 1500 manatla qısa müddətdə bu qədər varidatlara sahib oldun?". Adicə bir kvadrat tənliyi həll etmək savadı olmayan bu məmurciyəzlər yaxşı olardı ki, çörəklə sınağa çəkilən sadə insanlarımız qarşısında özlərini bir az adam kimi aparsınlar.

 Məsləyə bu konteksdən yanaşaraq növbə ilə talançı məmurlarımızın ictimaiyyətə indiyədək məlum olmayan varidatları barədə silsilə yazılarla məlumatlar verməyi planlaşdırırıq. Lakin çox təəəssüflə qeyd etməliyik ki, planımızdan xəbərdar olan məmurlar "sapı özümüzdən olan "media kapitanları" vasitəsilə bizə ultimativ formada xəbərdarlıqlar göndərirlər. Bizi gözləyən təhlükəyə qarşı adekvat olaraq dövlət başçısına, hüquq-mühafizə orqanları rəhbərlərinə və beynəlxalq insan hüquqları təşkilatlarına da biz xəbərdarlıq edirik ki, bizə qarşı təşkil olunacaq hər hansı şərləmə kampaniyasına, fiziki cəzalanmamıza sifariş verən məmurlar onarı tənqid etdiyimiz talançılardır. 
Saleh Məmmədovun İsmayıllı rayonun Zərgəran kəndi yaxınlığında 1 ha meşəlik ərazidəki villaları gücləndirilmiş rejimlə qorunur
Sabiq təhsil naziri olmuş Misir Mərdanova məxsus və dəyəri 4 milyon manat dəyərində olan 1.5 ha meşə ərazisində  “Zərgəran” restoranı İsmayıllı rayonundakı Zərgəran kəndi yaxınlığında yerləşir. Restoran 2004-cü ildən fəaliyyət göstərir.



      Sabiq nazir Misir Mərdanovun "ZƏRGƏRAN" restoranı
Bu restoranın günbatar hissəsində isə 1 ha meşə fondu torpağından cənab AAYDA "şef"i Saleh Məmmədov sabiq ETSN naziri Hüseynqulu Bağırovun razılığı əsasında qanunsuz olaraq 2016-cı ildə özünə və yaxın qohum əqrəbalarına eyni dizayn və arxitekturada 5 ədəd villa inşa etdirmişdir.

 Zərgərən yaxınlığındakı villanın giriş qapısı

Villalar hər tərəfdən 3.5 m hündürlüyü olan daş hasarla əhatəyə alınmışdır. Villanın həyətlərində çoxsaylı köpəklər, xaricində isə 4 nəfər idman cüssəli mühafizəçilər tərəfindən gecə-gündüz qorunmaqdadır. Villaların hər tərəfi kamerlarla təchiz edilmişdir. Bu villaların hər birinin ayrıca  qiyməti 3-5 milyon manat civarında dəyərləndirlir. Vilallar 40.732639,   48.364163   döngə nöqtələrindəki koordinatda yerləşir. 

 Vilanın peyk görümtüsü                                                                   

 Məşhur villanın yoldan görünüşü

 Misir Mərdanov və Saleh Məmmədovun meşə fondunda yerləşən obyektlərindən fərqli olaraq həmin ərazinin 700  metrliyində, məşhur “Bədo” bulağından Qəbələ yolu istiqamətində, şosse yolun alt hissəsində yerləşən 12 ha ərazinin isə “AZAL” prezidenti cənab Cahangir Əsgərova məxsus olduğu bildirlir. C.Əsgərov  digər məmurlardan fərqli olaraq İsmayıllı ərazisindəki meşə fondunu məhv edərək yerində özəl əmlaklar inşa etməmiş, əksinə, magistral yolun sol tərəfində 2 km uzunluğunda küknar ağacları əkməklə ərazidəki landşaftı artırmışdır. Bir neçə milyon manata əldə etdiyi həmin ərazidə “AZAL” şefi təbiətə münasibətdə fərqli mövqe sərgiləyərək heç bir qanunsuz  tikinti işləri aparmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Dövlət Ekolji Təhlükəsiz İdarəsi rəhbərliyi isə passiv tamaşaçı kimi İsmayıllı rayonun Zərgərən kəndi yaxınlığındakı meşə fondu torpaqlarında özəl əmlaklar inşa edib istifadə edən məmurlara qarşı qanunvericiliyin tələblərini maddi maraqları ucbatından təmin etmirlər.  

Saleh Məmmədovun “Milyonçular məhəlləsində” ki “Villa in Hotel” ində gecələr daha çox canlanma olur 

AAYDA sədri Saleh Məmmədova məxsus olduğu qeyd edilən,  Bakının Nərimanov ərazisində, konkret olaraq Ceyhun Hacıbəyli küçəsi ilə Teymur Əliyev küçəsinin kəsişməsi yaxınlığında 3 mərtəbəli dəbdəbəli 4 ulduzlu “Villa in Hotel”ə sahibdir. Xəlvəti yerdə yerləşən bu hoteldə hansı “qonaqlar”ın qarşılandığını dəqiq demək mümkün olmasa da, hotel gecələr daha çox fəaliyyət göstərir. Qiymətlərin münasib olduğu qeyd edilir.
  

 AAYDA "şef"inin qaynı Şəfiyar Duman oğlu Quliyevə məxsus 7 ha ərazisi olan qum karxanası

Şəki şəhərinin Salman Mümtaz küçəsində, daha dəqiq desək, yeni açılışı olmuş “LUK OİL” YDM-nin arxasında yerləşən, 7 ha əraziyə malik, dəyəri 2.4 milyon manat olan, bütün lazımi avadanlıq və qurğulara malik nəhəng qum karxanası digər saysız hesabsız obyektlər kimi cənab Saleh Məmmədovun qaynı Səfiyar Duman oğlu Quliyevin adına rəsmiləşdirlmişdir. 
 
 Növbəti yazımızda yenə də ictimaiyyətə indiyədək bəlli olmayan  cənab S.Məmmədovun İmişli-Lerik yolundakı, Göygöldəki, Xaldan-Zaqatala yolundakı, Binəqədi-Novxanı yolunun üstündəki SOCAR-a icarəyə verilmiş və SMS adlı YDM-dən, Mingəçevirdə  "Kür" Olmipiya Mərkəzilə üzbəüz yerləşən 3 mərtəbəli villadan, Qax rayonun Qaxbaşı qəsəbəsindəki aqlay üzlüklü 3 mərtəbəli villadan, Novxanıdakı dəyəri 8 milyon manatlıq villadan bəhs ediləcək. Əmlaklrın çoxu S.Məmmədovun qaynı Şəfiyar Duman oğlunun adına sənədləşdirildiyi bildirilir.

Bizi izləyin.(ifadetv.com)


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024