Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (12-07-2023, 16:11)
Nazirə bağlı olduğu deyilən şirkətə 2,1 milyon ödəniləcək

Nazirə bağlı olduğu deyilən şirkətə 2,1 milyon ödəniləcək
Ədliyyə Naziliyi "Bestcomp Group” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə maliyyə dəyəri 2.132.218,25 AZN təşkil edən satınalma müqaviləsi bağlayacaq.

Mediatv.az  Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkət Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınması ilə bağlı keçirilən tendering qalibi olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reystr məlumatlarına görə, "Bestcomp Group” QSC 22 iyun 1998-c ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 962 330 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 8 Noyabr küçəsi, ev 25E-ə yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur.

Fərid Həsənovdan əvvəl şirkətin qanuni təmsilçisi Əsgərzadə Murad Arif oğlu olub. Murad Əsgərzadə İbrahimov Zəka Kamal oğlunu əvəzləyib. Zəka İbrahimovdan əvvəl isə QSC-nin qanuni təmsilçisi Həsənov Elxan Kamal oğlu olub.

Bu şəxslər haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Murad Əsgərzadənin Dövlət Gömrük Komitəsində çalışdığı barədə iddialar var.

"Bestcomp Group” MMC-nin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesi barədə mediada dərc edilən araşdırma yazılarında rast gəlinir. Bu iddia ilə bağlı qarşı tərəfin təkzibinə rast gəlinmir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024