Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (26-06-2023, 09:03)
Krediti olanlar qurban kəsə bilər? - İlahiyyatçı ilə MÜSAHİBƏ

Krediti olanlar qurban kəsə bilər?
İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban bayramı bu il 28 və 29 iyunda qeyd ediləcək.

Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Lakin bayramda borcu olanların qurban kəsməsi məsələsinə bir qədər fərqli yanaşılır. Belə ki, bəzi kəsim bayramda hər kəsin qurban kəsmək haqqı olduğunu bildirsə də, bəziləri borcu olanların qurban kəsməsinin dində buyurulmadığını qeyd edir.

Mediatv.az-ın məlumatına görə, ilahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında bildirib ki, borcu olan şəxs qurban kəsə bilər:

"Qurban namaz və oruc kimi ibadətlərdən biridir və Allah ibadətləri insanın gücünün çatacağı qədər mükəlləf bilir. İstər maddi, istər fiziki cəhətdən gücü yetməyən insan ibadətlə məşğul olmaya və ya bunu başqa ibadətlə əvəzləyə bilər. Qurban kəsmək də maddiyyata bağlıdır. Buna görə də qurban kəsmək insanların imkanı çərçivəsində onlara haqq buyurulur. Ancaq borcu olan şəxs qurban kəsə bilər. O şərtlə ki, borclarını vaxtında ödəyə bilir. Deyək ki, kredit borcu var və heç bir problemsiz onu hər ay ödəyə bilir, maddi çətinliyi də yoxdur, bu zaman qurban kəsə bilər. Əgər borcludursa, amma borcunu çətinliklə ödəyirsə, qurban kəsməsi düzgün deyil".

İlahiyyatçının fikrincə borc alıb qurban kəsmək olmaz:

"Amma belə baxanda bu dəqiqə demək olar, hər kəsin borcu var, onda gərək heç kəs qurban kəsməsin. Bu da doğru deyil. Borc alıb qurban kəsmək də olmaz. Amma burada da bağışlanmalar, istisnalar var. O şərtlə ki, şəxs qısa müddət ərzində bu pulu qaytarmaq gücündə olsun. Amma kasıb, maddi imkanı zəif olan insanların qurban kəsməsi düzgün deyil. Amma kəsirsə də, o demək deyil ki, Allah bu qurbanı qəbul etmir, sadəcə, şəriətdə bu doğru qəbul olunmur. Çünki insanlar adətən göstəriş, bəhsə girmək üçün qurban kəsirlər. "Müsəlmansansa, mütləq qurban kəsməlisən",- deyə də bir şey yoxdur. Bu da dini maariflənmənin zəif olduğunu göstərir. İnsanlarımız çox təəssüf ki, dinimizi bilmir. Çox təəssüf ki, insanlar dini efirlərdəki, sosial şəbəkələrdəki İran mollalarından öyrənirlər. Onlar da insanlarımıza cəfəngiyyat, xurafat öyrədirlər".

İlahiyyatçı Qurban bayramında hansı şərtlərə əməl edilməli olduğundan da danışıb:

"Qurban qoyun, inək, keçi, camış və dəvədən olur. Qoyunla keçini tək bir adam kəsə bilər, digər sadaladıqlarımı isə 7 nəfərə qədər şəxs birgə pul qoyub alaraq kəsə bilərlər. Qurban kəsən isə yaxşı olardı ki, bir hissəsini ailəsinə versin, bir hissəsini qohum-əqrabasına, digər hissəsini isə imkanı zəif olan şəxslərə paylasın. Amma istəsə, hamısını özünə də götürə bilər və ya özünə heç götürməyib, hamısını paylaya da bilər. Bir də nəzir qurbanını Qurban bayramı günü kəsmək olmaz. Deyək ki, kimsə niyyət edir ki, filan işim alınsın, qurban kəsəcəyəm. Sonra Qurban bayramında qurban kəsir. Bu olmaz. Qurban bayramının qurbanı sırf İsmayıl qurbanına aiddir, Allah üçün kəsilməlidir. Nəzir qurbanı isə ya Qurban bayramından əvvəl, ya da sonra kəsməlidir. Nəzir qurbanının ətindən də özü yeyə bilməz, onun hamısını paylamalıdır".

T.İrfan deyib ki, qurbanlıq heyvanın içalatını zibilliyə, küçələrə atmaq olmaz:

"Çünki günahdır. Bunu hər il müşahidə edirik və bu, İslam dininə xələl gətirməkdir. Guya bunlar Allah qarşısında savab qazanmaq üçün qurban kəsirlər, sonra da heyvanların içalatını küçəyə tökür, özləri də kabab məclisi düzəldib sosial şəbəkələrdə paylaşırlar. Əsas günah budur. İnsanlar ibadətdə öz xeyrini düşünür. İslam isə bunu qəbul etmir".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024