Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (23-06-2023, 11:25)
Deputat Səttar Möhbalıyevin məhkəmədə dindirilməlıdir – vəkil

 İyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Məhsul” stadionunun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sabiq sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Cinayət işi üzrə 5 nəfər – Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanov zərərçəkmiş qismində tanınıb.

Elçin Rüstəmovun vəkili Aslan İsmayılov Turana bildirib ki, bu iş üzrə məhkəmə proseslərində dəfələrlə Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Möhbalıyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət təmin edilməyib. Onun sözlərinə görə, təqsirləndirilən Nadir İsmayılov ifadəsində müvəkkili Elçin Rüstəmovdan aldığı pulları Səttar Möhbalıyevə verdiyini etiraf edib. “Mənim müdafiə etdiyim şəxsə Gəncə şəhərində və Göygöl rayonunda iki stadion satılıb. Hər stadion da 400 min manata. Sonra da bu stadionlar onun əlindən alınıb. Bu stadionları satan Nadir Əliyev olsa da, faktiki onu satan Səttar Möhbalıyev olub. İndi biz pulumuzu geri tələb edirik. İstintaq dövründə də, məhkəmədə də Səttar Möhbalıyevi çağırıb dindirmədilər. Halbuki, Nadir Əliyev özü etiraf edib ki, pulları S.Möhbalıyevə verib. Biz Səttar Möhbalıyevin məhkəmə kürsüsünə gəlməsini tələb edirik”.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündür mərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara “Məhsul” stadionun ərazisinin 5 milyon 500 minə satıldığını bildirib. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Alik Həsənov və Nadir Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.(Turan)шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024