Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-06-2023, 08:44)
Məmura aid olduğu deyilən kafe vergi-filan da ödəmir...

Məmura aid olduğu deyilən kafe vergi-filan da ödəmir...
Binəqədi rayonunda yerləşən Heydər Parkında fəaliyyət göstərən kafedə vətəndaşlara hər şey 2-3 qat bahasına satılır.

Bu barədə Qlobal.az-a göndərilən məktubda deyilir.

"Binəqədi rayonunda "Azadlıq" prospektinin kənarında yerləşən Heydər Parkı paytaxtın ən gözəl parklarından biridir. Çox gözəl yaşıllığı, mənzərəsi var. İnsaf naminə park təmiz də saxlanılır. Həftə sonları, istirahət, bayram günlərində övladlarımızı bu parka gətirməkdən, əyləndirməkdən zövq alırıq. Amma təəssüflər olsun ki, dövlətimizin biz vətəndaşların istirahəti üçün yaratdığı bu gözəl şəraiti kimlərsə burnumuzdan gətirir. Belə ki, bu parkda fəaliyyət göstərən kafedə hər şey iki-üç qat bahasına satılır. Bir stəkan kola 1.9 qəpik, adi şaurma 5 manat, çəkisi təxminən 100 qram olan pizza 10 manatdır. Azyaşlı uşaqlarımızla parka gəzməyə çıxanda məcbur qalıb parkda yeganə olan bu kafeyə üz tutmağa məcbur qalırıq. Bu kafe isə pensiyaya, cüzi maaşa baxan sadə vətəndaşların cibinə qətiyyən uyğun deyil".

Vətəndaşların parkda başqa kafenin olmamasına görə rəqabət mühitinin olmadığını, ona görə də hər şeyin baha satıldığını deyirlər:

"Heydər parkında fəaliyyət göstərən bu kafe yeganə kafedir. Bəlkə də parkda daha bir kafe olsaydı rəqabətlilik yaranar, bu görə də qiymətlər bir az ucuz olardı".

Vətəndaşlar iki dövlət qurumunun - Binəqədi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatlarının inzibati binasının ortasında fəaliyyət göstərən kafenin hansısa yüksək rütbəli məmura məxsus olduğunu, buna görə də Dövlət Vergilər Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin kafedə baş verənlərə göz yumduqlarını iddia edirlər:

"Narazı olduğumuz kafe Binəqədi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatlarının inzibati binasının ortasındadır. Yəqin ki bu kafeni rayon rəhbərliyi görür. Yəqin ki, buradakı qiymətlərdən də xəbərdardırlar. Amma nədənsə heç bir ölçü götürülmür. Elə bil ki, bu parka gələnlər əhalisi daha çox kasıb kontingent olan Binəqədi rayonununsadə əhalisi yox, hansısa imkanlı ərəb turistləridir. Bu kafedə hər şeyin dəfələrlə baha satılmasına aidiyyatı dövlət qurumlarının göz yummasına səbəb yəqin ki, kafenin hansısa yüksək vəzifəli məmura məxsus olmasıdır".

Məktub müəllifləri sonda aidiyyatı qurumlardan, Binəqədi rayon İcra Hakimiyyətindən, Dövlət Vergi Xidmətindən sözügedən kafedə olan fantastik qiymətlərə müdaxilə etmələrini xahiş edirlər.

Məsələyə Binəqədi rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışsaq da, qarşı tərəf bu barədə danışmaq istəmədi.
Qlobal.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024