Sosial (23-05-2023, 14:47)
Keçmiş əri tərəfindən təhdid olunan qadının evi POLİS NƏZARƏTİNDƏ
Keçmiş əri tərəfindən hədələnən qadının evi polis tərəfindən nəzarətə götürülüb.
Mediatv.az bildirir ki, bu barədə Lent.az-a ərindən ayrılmış Gülnar Kazımova məlumat verib.
Onun sözlərinə görə, baş vermiş hadisə ictimailəşəndən sonra polislər məsələ ilə bağlı hərəkətə keçib:
“Başıma gələn hadisə ictimailəşəndən sonra polislər maraqlanmağa başladılar. Dünəndən etibarən evimizi post-patrul xidmətinin əməkdaşları mühafizə edir. Səhərə qədər təhlükəsizliyimizi qoruyublar. Keçmiş ərim Samir Kazımov dünəndən qapıya gəlməyib. Hələlik sakitlikdir”.
Xatırladaq ki, ötən gün redaksiyamıza Gülnar Kazımova keçmiş əri tərəfindən təhqir edilib, döyülməsi ilə bağlı müraciət ünvanlayıb. Xanım keçmiş əri Samir Kazımovdan boşanmasına baxmayaraq, onlardan əl çəkmədiyini, hər gün qapısına gəlib təhqiredici sözlər işlətdiyini bildirib. Qadının sözlərinə görə, kişi qapını qırmağa çalışıb.
Keçmiş əri hətta evin təhlükəsizlik kameraları qarşısına keçərək qollarını doğrayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
























