Kriminal (6-03-2023, 14:04)
31 yaşlı qadın keçmiş əri tərəfindən şantaj edildi
Mediatv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 1992-ci il təvəllüdlü M.Quliyeva (şərti) keçmiş əri tərəfindən şantaj edildiyini bildirib. O qeyd edib ki, bir müddət əvvəl ilk həyat yoldaşı, Bakı sakini, 1993-cü il təvəllüdlü Q.Məmmədovdan (şərti) boşanaraq ikinci dəfə ailə həyatı qurub. Lakin daha sonra onun birinci əri ilə münasibəti yenidən istiləşib və gizli görüşüblər.2022-ci ilin fevral-may aylarında isə Q.Məmmədov onu şantaj etməyə başlayıb. Belə ki, həmin şəxs M.Quliyevaya aralarında yaranmış münasibət və görüşləri barədə ikinci həyat yoldaşına və valideynlərinə bildirəcəyini deyərək pul tələb etməyə başlayıb. Boşandığı ərinə həmin müddət ərzində 1500 manat pul verdiyini deyən qadın hədələrdən bezdiyi üçün polisdən kömək istəyib.
Şikayət ərizəsi Goranboy Rayon Polis Şöbəsinə martın 5-i daxil olub. Araşdırma aparılır.