Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (27-03-2023, 13:28)
Məmur övladının “Tik-Tok” macəraları

Məmur övladının “Tik-Tok” macəraları



Bildiyimiz kimi, Prezident İlham Əliyev dəfələrlə bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq edib. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib: “Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Buna baxmayaraq, məmur övladlarının qudurğanlıqları davam edir. Təəssüf ki, onlar Böyük Qələbəmizlə nəticələnən 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş qəhrəmanların valideynlərindən, qazilərdən utanmırlar.
Martın 3-də xəbər yayıldı ki, 90-LR-002 qeydiyyat nişanlı

BMW markalı avtomobilin sürücüsü Masallı-Yardımlı-Lənkəran yolunu bağlayaraq şou göstərməyə başlayıb. O, hərəkət hissəsində avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarıb və yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq edib. Həmin avtoxuliqanlıq əməlini törədən sürücü Y.İsmayılov və avtomobilin sahibi M.Fəttahlı müəyyən edilərək barələrində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Y.İsmayılov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs olunub, M.Fəttahlı isə cərimə olunub. Məlum oilub ki, avtoxuliqanlıq əməlini törətdiyinə görə həbs olunan Y.İsmayılov Lənkəran şəhər 1 saylı notariat ofisinin rəhbəri Səfər İsmayılovun oğludur.
10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğlu Nicatın “Tik-Tok” platformasında “əllaməlik” etdiyi video-materiallar isə cəmiyyətdə ikrah hissi ilə qarşılanır. Atasının rəhbərlik etdiyi müəssisədə işləyən Nicat Paşayev özü də məmur olaraq sosial şəbəkədə harınlıqdan irəli gələn əda ilə qarşı tərəfləri təhqir etməklə və əcaib göbək rəqsləri ilə, ağız-burun əyməsi ilə “məşhurlaşıb”.
Bildirilir ki, Mübariz Paşayev "Azəravtoyol"-un sədri Saleh Məmmədovun yaxın dostudur. Elə bu imtiyazından istifadə edərək, təkcə oğlu Nicatı deyil, qardaşını da, qardaşı oğlu Zauru da, baş iqtisadçı Elmdar və digər qohumlarını da öz yanında işə götürüb. Direktorun bu yaxın qohumları idarədə ümumi qazanca şərik olaraq çalışdığı deyilir. Hansı ki, bu adamların çoxu heç idarənin qapısını belə tanımırlar.
“Bizimxəbər.Tv” saytı “Tik-Tok” şəbəkəsində əcaib göbək rəqsi oynayan gənc məmur Nicat Paşayevin videosunu təqdim edir:
Nyus.Az


O
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024