Siyasət / Slayd (17-03-2015, 22:40)
Əliyev bu barədə sərt danışmışdı (VİDEO)
Bu gün kütləvi informasiya vasitələrində Xəzər universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsaxanlının şəhərin mərkəzində iki oğlan tərəfindən vəhşicəsinə döyüldüyü kadrlar yayımlandı.
Maraqlısı budur ki, bir müddət əvvəl baş verən bu məsələni ədalətli həlli Baş Prokurorluğun işə müdaxiləsindən sonra tapılıb. Belə ki, döyülmə faktı məhkəmələrdən birində araşdırılmış və gənc qızı döyənlər məsuliyyətdən kənarda qalmışdılar.
Amma biz məsələyə prezident İlham Əliyevin imkanlı və məmur balalarına etdiyi xəbərdarlıq prizmasından yanaşırıq. Dövlət başçısının həmin o açıqlamasını xatırladaq:
“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edir, insanları təhqir edirlər. Özlərini apara bilmirlər. Cəmiyyətdə onlara bu statusu kim verib? Onların, necə deyərlər, güvəndiyi adamları vəzifəyə mən təyin etmişəm. Mən də çıxaracağam, lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır”.