Cəmiyyət (5-02-2015, 18:08)
Hakim oğlunun göz qamaşdıran həyat tərzi - Fotolar
Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyev krallara layiq həyat tərzi sürür
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimində bu qədər pul hardandır?
Ölkəmizdə elə məmurlar var ki, onların övladları, yaxın qohumları özlərindən daha çox tanınır. Az qala hər gün mediada vəzifəli şəxslərin, deputatların övladları haqqında geniş yazılara yer verilir. Amma bu, həmin məmur balalarının hansısa müsbət işləri ilə yox, daha çox onların törətdiyi özbaşınalıqlarla bağlı olur.
Hətta ölkə prezidenti 2013-cü ilin fevral ayında keçirdiyi məlum müşavirədə vəzifəli şəxslərin övladlarının qudurğanlıq etməsinə diqqət çəkib: «Vəzifəli şəxslərin övladları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Cəmiyyətdə kim onlara bu statusu verib? Necə deyərlər, onların güvəndiyi adamları vəzifəyə mən təyin etmişəm, lazım bildikdə mən də çıxaracam. Əgər bir də bilsəm kiminsə ailə üzvü haradasa xuliqanlıq edib, nadanlıq edib, özünü apara bilmir, o adam həbs olunacaq, atası işdən qovulacaq». Qeyd edək ki, prezidentin bu xəbərdarlığından sonra mətbuatda lüks həyat yaşayan və bunu ictimailəşdirən bəzi məmur balaları barədə yazılar dərc olundu. Sərt tənqidlərə baxmayaraq, yüksək rütbəli şəxslərin yaxın qohumları və uşaqları yekəxana hərəkətlərindən əl çəkmirlər. Prezident İlham Əliyevin oğlu, ADA tələbəsi Heydər Əliyevin bir müddət əvvəl sosial şəbəkələrdə yayılan fotolarının da nümunə olduğunu xatırlatmaq yerinə düşər. Bir tələbənin ətrafının kimliyi, hansı fəaliyyətlə məşğul olmasını məgər həmin fotolardan nümunə götürmək olmazmı?
Əgər bu ölkənin prezidentinin oğlu bu cür sadə həyat tərzi yaşayırsa, məmur-biznesmen oliqarxlar hansı mənəvi haqla özlərinin, övladlarının malik olduqları var-dövləti, cah-cəlalı ictimailəşdirməkdən utanıb-çəkinmirlər? Prezidentin oğlu sadə həyat yaşadığı halda, hansısa üçüncü, dördüncü dərəcəli məmurların övladları və yaxın qohumları cah-cəlallarını nümayiş etdirirlər. Belə şəxslərdən biri də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevdir. Adıçəkilən gənc yaşadığı dəbdəbəli həyatı sosial şəbəkələrdə ictimailəşdirib. O «Facebook» səhifəsində iştirak etdiyi kef məclislərində və səyahət etdiyi xarici ölkələrdə müxtəlif şəkillər çəkdirərək adıçəkilən sosial şəbəkəyə yerləşdirib. Şəkillərə baxanda görünür ki, məhkəmə hakiminin oğlu krallara layiq həyat tərzi keçirir. Apardığımız qısa araşdırmalar nəticəsində öyrəndik ki, Rüfət Allahverdiyev Azərbaycan Diplomatiya Akademiyasında (ADA) təhsil alır. O imkanlı dostları ilə onların öz dili desək «kruq» yaradıb. Bu «kruq»da təmsil olunan şəxslər isə heç də kasıb uşaqlar deyil. Axı kasıbın imkanlıların əhatəsində nə işi var? Deməli belə.
Elbəy Allahverdiyevin kef içində yaşayan oğlu imkanlı insanların övladları ilə dostluq edir. Rüfət Allahverdiyev və dostları günlərini paytaxtın elit məkanlarında istirahət etməklə keçirirlər. Həmin məkanların sırasına isə «R&B cafe», «Meqapolis club», «Hilton hotel», «Günaydın restoran», «Paxlava» çay evi, «Təzə bəy hamamı», «Kitchenette», «Buddha Bar Baku», «Hollivud» şadlıq sarayı, «Sehirli təndir», «Şəki» restoranı, «The club Port Baku» və sair daxildir. Məlumat üçün deyək ki, sözügedən restoran və klublarda əsasən paytaxtın elit təbəqəsinin üzvləri toplaşırlar. Çünki bu obyektlərdə qiymətlər çox bahadır. Orta səviyyəli azərbaycanlı sadaladığımız məkanlardan hansınasa girsə, hesabı verə bilməyəcək. Əldə etdiyimiz məlumatlara görə, Elbəy Allahverdiyevin oğlu, eləcə də dostları hər dəfə bu kimi istirahət mərkəzlərində yığışaraq külli miqdarda pul xərcləyirlər. Bir gün hamamda, bir gün hoteldə, bir gün çay evində xoş güzəran keçirirlər. Onlar üçün pul xərcləmək sanki bir hobbiyə, məşğuliyyətə çevrilib. Rüfət Allahverdiyev arabir ölkə daxilində istirahətdən bezərək xaricə də üz tutur. Məsələn, o bir müddət əvvəl atasının maliyyə dəstəyi hesabına Fransaya səyahət edib və orada əyləncəli vaxt keçirib. Rüfət Allahverdiyev həmçinin əks cinsin nümayəndələri ilə də əyləncəli vaxt keçirir. Qızlarla sarmaş-dolaş şəkillər çəkdirən Rüfət yaşadığı kef dolu həyatın dadını çıxarır. Şəkillərin hər birində pozitiv görünən hakimin oğlu qayğısız həyatdan zövq alır. Bir sözlə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu kefinə qəti korluq çəkdirmir. Amma onlardan fərqli olaraq on minlərlə vətəndaşımız min bir problem içində yaşayır, acından ölürlər. Yenə də sağ olsun ölkə başçısı ki, sosial durumu zəif olan insanları yaddan çıxarmır, onların qayğısına qalır. Yazının əvvəlində qeyd etdik ki, cənab prezidentimiz İlham Əliyevin oğlu Heydər Əliyev öz sadəliyi ilə hər kəsə nümunədir. Bəs niyə Elbəy Allahverdiyevin oğlu ondan nümunə götürmür? Axı onun nə haqqı var yaşadığı lüks həyatı ictimailəşdirib başqalarına göstərsin. Biz hesab edirik ki, bu tip xoşagəlməz halların ortalığa çıxması vətəndaşlar arasında ruh düşkünlüyü yaradır. Bəzi insanlar günlərlə ət yemir, amma Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyev dünyanın bütün naz-nemətlərini dadır. Budurmu ədalət? Elbəy müəllim, bizim bildiyimiz qədərilə sizin aylıq vəzifə maaşınız o qədər də yüksək deyil. Buna baxmayaraq, oğlunuz dəbdəbəli həyat yaşayır. Görəsən, ona pul quş dimdiyində gəlir, yoxsa?.. Bizim heç kimin pulunda, var-dövlətində gözümüz yoxdur. Çünki dünya malı dünyada qalan şeydir. Bizə maraqlı olan məhkəmə hakiminin oğlunun yaşadığı bahalı həyatın maliyyəsinin haradan qaynaqlanmasıdı
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024