Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (1-09-2022, 12:55)
Gəncənin icra başçısı haqda cinayət işi açıla bilər?

 



Araşdırmaçı jurnalist Mehman Hüseynovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Hüseynovun oğlu Bəhram Bayramova məxsus, dəyəri iki milyon manatdan çox olan maşın kolleksiyasını ortaya çıxardığı “Youtube” videosu sosial şəbəkələrdə böyük səs-küy yaradıb.

Bu kimi hallar dəfələrlə ortaya çıxıb. Məmur övladlarının bahalı həyat tərzi, valideynlərinin aldıqları əməkhaqqı ilə təzad təşkil edən var dövlətləri haqda mediada çoxsaylı faktlar açıqlanıb. Hətta Prezident İlham Əliyev dəfələrlə harın məmur övladları haqda xəbərdarlıq etsə də, görünən budur ki, heç nə dəyişməyib.

Maraqlıdır, bu faktı əsas götürərək hüquq-mühafizə orqanları icra başçısı haqda araşdırma apara bilərmi?
Mediatv.az-ın məlumatına görə, “Yeni Sabah”a danışan hüquqşünas Aslan İsmayılov deyir ki, bu minlərlə belə hallardan sadəcə biridir:

“Bu dəqiqə vəzifədə olan əksər məmurlar heç dünyada tanınmış oliqarxların görmədiyi var-dövlət toplayıb. Artıq onlar oğurladıqlarını gizlətmək əvəzinə gözə soxurlar. Qudurğanlıq baş alıb gedir.

Bu bir hal deyil, yüzlərlə belə hal var və əlbəttə bunların hamısı araşdırma mövzusudur.

Amma daha yaxşı olar ki, gəlirlərin deklarasiyası haqqında qanun işlənsin. Artıq 15 ildən artıqdır qanunun qəbul olmasına baxmayaraq, mafiyalar bu işin icrasına başlamağa imkan vermirlər. O qanunun icrasına başlamamış ölkədə oğru məmurların əlində qalacağıq”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024