Sosial (26-12-2022, 08:22)
Yevlax şəhərində daha bir həyət abadlaşdırıb
Yevlaxda aparılan abadlıq-quruculuq işləri çərçivəsində küçə və
parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən
qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri
uğurla davam etdirilir.Belə ki, Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il
ərəfəsində şəhərin Heydər Əliyev prospekti 6 və 8 saylı binaların əhatə
etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin
istifadəsinə verilib. Qeyd edilən binaların fasadında əsaslı təmir-bərpa işləri
aparılıb, binaların giriş bloklarına seyf qapılar qoyulub, pəncərələr yeniləri
ilə əvəz olunub, həyətdə işıqlandırma sistemi yenidən qurulub. Sakinlərin
asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və
oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman
qurğuları, 6 ədəd işıq dirəyi quraşdırılıb. Görülmüş işlər çərçivəsində
binanın həyətinə 1800 kv.m asfalt örtüyü salınıb, 700 kv.m tamet daşı
vurulub, 300 kv.m-dən artıq qazon salınıb, 500 p.m-dən artıq yeni bardürlər
qoyulub, tullantılar üçün zibil konteynerləri yerləşdirilib.
Yaşıllıqların suvarılması üçün su xətti çəkilib, torpaq işləri görülüb,
avtomobillər üçün parklanma yeri yaradılıb. Abadlıq işləri aparılan ərazidəki
mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı
salınıb, ağaclar əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada
qulluq olunub.
Yevlaxda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə
sakinlər Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev
və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin
minnətdarlıqlarını bildiriblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025

























