Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-11-2022, 20:48)
TƏŞƏKKÜRLƏR, MƏNİM POLİSİM!

 





Abşeron Rayonu Saray qəsəbəsi Yeni Məhəllə sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Salmanov Mirzəcan Salman oğlu Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazova yazdığı təşəkkür məktubunun surətini redaksiyamıza ünanlayıb: 

"Çox hörmətli, cənab nazir,

Mən bu məktubu Sizə ünvanlamaqla şəxsinizin rəhbərliyi ilə Azərbaycan polisinin daha bir qürurverici, alqışlanası əməlini nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, bu ayın - noyabrın 4-də bizim evimizdə oğurluq hadisəsi oldu. Biz evdə olmayan zaman – gündüz vaxtı kim(lər)sə evimizə girib, bir neçə kiçik məişət əşyalarımızı, eləcə də “LG” markalı Plazma Televizorumuzu oğurlamışdı. Evə ilk dönən mən oldum və evdə oğurluq olduğunu görüb, Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə zəng edib, məlumat verdim. Dərhal Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsindən mənimlə əlaqə saxlanıldı. Ardınca cinayət-axtarış qrupu, eləcə də, Saray Polis Bölməsinin rəis müavini və cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Nağızadə Azad Anar oğlu hadisə yerinə gəldi. Lazımı ölçülər götürüldü və çox keçmədən, isti izlərlə cinayətdə şübhəli bilinən şəxs müəyyən edilib, həbs olundu.

Daha sonra Abşeron Rayon Polis İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Mikayılov Alqayıt Murad oğlu tərəfindən lazımı istintaq hərəkətləri aparıldı: Mənim də iştirakımla, izahatım alınmaqla, eksperiza olunmaqla… (Ümid edirəm ki, Məhkəmənin ədalətli qərarı ilə cinayəti törətmiş şəxs layiqli cəzasını alacaq.) 

Çox hörmətli, cənab nazir, mən başda Siz olmaqla, Abşeron Rayon Polis İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Mikayılov Alqayıt Murad oğluna, Saray Polis Bölməsinin rəis müavininə və cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Nağızadə Azad Anar oğluna, eləcə də bu əməliyyatda zəhməti olan hər bir polis əməkdaşına minnətdarlığımı bildirirəm, təşəkkür edirəm. Çox sağ olun, nə yaxşı ki, Siz və Sizin rəhbərliyinizlə dövlətinə, xalqına layiqincə xidmət edən, öz vəzifəsinə və peşəsinə hörmətlə yanaşan polis ordumuz var.

Mən bir daha əmin oldum ki, MƏNİM POLİSİM MƏNİ QORUYUR!"(YENİXEBER.ORQ)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024