Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (9-11-2022, 23:21)
İcra başçısı əkinçiliklə məşguldur?

 



Ucar rayonu Alpout kənd sakinlərindən bir qrupu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb.Bir nüxsəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:Bu şikayətimizdə yazıb Sizə  bildiririk ki, Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov ümumi istifadədə olan örüş yerini qanunsuz olaraq əkdirməklə kənd sakinlərinə ciddi ziyanlar vurmuşdur.
Belə ki, biz Ucar rayonu Alpout kənd sakinləriyik.Əsas məşğuliyətimiz əkinçilik və heyvandarlıqdır.Ancaq ümumi istifadədə olan örüş yerlərimizdə qanunsuz olaraq əkin işləri aparılmışdır.Alpout kəndində bəy yeri deyilən ərazidə 24 hektar örüş yerində  icra başçısı Mənsur Məmmədov qanunsuz olaraq əkin işləri aparmışdır.Hansı ki, həmin 24 hektar torpaq sahəsinin təyinatı örüşdür. Kənd sakinləri  həmişə orada iri və xırdabuynuzlu heyvanlarını otarıblar. Talançılıq yolu ilə milyonlara sahib olmuş Mənsur Məmmədovun gözü doymaq bilmir.Ucar və Göyçay rayonlarında yüzlərlə hektar torpaq sahələrini qanunsuz ələ keçirən icra başçısı kənd sakinlərinə qənim kəsilib.İndi biz kənd sakinləri heyvanlarımızı otarmağa yer tapmırıq.Həttda məlumat almışıq ki, Mənsur Məmmədov Göyçay rayonunda icra başçısı vəzifəsində işləyən zaman həmin rayonun Çərəkə kəndində 60 hektar örüş torpaqğını qanunsuz qazdırararaq balıq yetişdirmə gölü yaratmışdır.İcra başçısı Mənsur Məmmədova məxsus olan balıq gölünün biri isə Göyçay rayonunun Müskürlü kəndində yerləşir.
İcra başçısı Mənsur Məmmədovun bütün kənd təsərrüfatı işlərini Ucar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəhman Səfərov aparır.Rəhman Səfərov və icra hakimiyyətinin Araz adlı əməkdaşı hər səhər işə gəlmək əvəzinə icra başçısına məxsus fermalara, əkin sahəlirənə gedirlər.
Örüş torpağının əkin təyinatlı edilməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır.Belə bir qərar olmadan bələdiyə və ya mülkiyyətçi ilə müqavilə bağlanılmadan torpaqdan qanunsuz istifadə etmə cinayət əməli hesab edilir.Belə bir qanunsuz işi vəzifəli şəxs görərsə həmdə vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti hesab olunur.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb çox-çox xahiş edirik, şikayətimiz yerində obyektiv yoxlama aparılmaqla araşdırılsın. İcra başçısı Mənsur Məmmədov barədə qanunu tədbirlər görülsün.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024