Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (9-11-2022, 09:12)
Vasif Talıbovdan ZƏFƏR GÜNÜ QADAĞASI - BU NƏDİ BELƏ?

 



 "Söz vermişdim ki, bayram münasibəti ilə "xan"a 2 günlük amnistiya verəm. Amma Naxçıvandan şikayətlərin ardı-arası kəsilmir". Mediatv.az bildirir ki, bunu da son günlər Naxçıvanda baş verən olayları daha dəqiqliyi işıqlandıran jurnalist Heydər Oğuz paylaşıb.

Tanınmış jurnalist paylaşımında daha sonra belə davam edir: "Naxçıvan sakinləri soruşurlar ki, bəs bizim şəhərimizdə niyə bayram şənliyi keçirilmir? Naxçıvanın Azərbaycana, onun bayramına dəxli var, ya yox? Axı bu zəfərin qazanılmasında Naxçıvan igidlərinin də xüsusi rolu olub.
“Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”, - Prezident İlham Əliyev öz çıxışlarından birində belə demişdi.
İndi isə Naxçıvan sakinləri Azərbaycanın hər tərəfində keçirilən bayram şənliyinə tamarzı qalıblar. Vətəndaşlar öz təşəbbüsləri ilə şəhidlər xiyabına, yeni açılmış Zəfər parkına gedib bu əlamətdar günü qeyd edirlər. Rəsmi səviyyədə isə bayram abu-havası hiss olunmur. Niyə görəsən? Nədən Qarabağ zəfəri Naxçıvan "xanlığı"nın kefinə bu cür soğan doğrayıb?
Sualları Prezidentə ünvanlamaq istədim. Amma birdən yadıma düşdü ki, Prezident Administrasiyasının məktublar şöbəsinin müdiri Süleyman müəllim İlham Əliyevə yazılan məktubları "xan" həzrətlərinə göndərir, fikrimdən daşındım. Zatən "xan" həzrətlərinin məndən zindeyi-zəhləsi gedir. Bir də bayram günü onun onsuz da pozulmuş kefinə dubarə mən soğan doğramaq istəmədim. Ümidvaram ki, Prezidentə yaxın şəxslərdən biri təsadüfən burda yazdığım statusu oxuyar, zati-alilərin qulağına mən deyənləri pıçıldayar.
Mində 1 ehtimala ümid bağlamışam, deyə düşünürsünüz? Bəli, mən də bunun fərqindəyəm. Amma bu ehtimal belə, Abbas müəllimin oğlu Süleymana (qədim terminologiya ilə desək, Süleyman ibn-Abbasa) ümid bağlamaqdan daha optimaldır".
Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Vasif Talıbovdan ZƏFƏR GÜNÜ QADAĞASI
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024