Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (31-10-2022, 08:31)
Naxçıvanda qazandığına Bakıda yalnız çay içə bilərsən... - FAKT BUDUR!

 
 "Bakıda ala-babat bir çayçıda oturub çay içirsən, 10 manat hesab gələndə sevinirsən. Bəs, Naxçıvanda bir filmə çəkilən aktyor nə qədər qazanır, bilisinizmi?
Yox, əsla təsəvvür edə bilməzsiniz. Dəfələrlə çəkilişlər, məşqlər, rolların sözlərini əzbərləmək, rejissorun acı sözlərini eşitmək, qrim və s. kimi saysız-hesabsız məşəqqətlər... Əvəzində isə 8 manat". 

Mediatv.az bildirir ki, bunu tanınmış jurnalist Heydər Oğuz Naxçıvanda yaşayan Xalq artisti Həsən Ağasoyun paylaşımına istinadən bildirir.
Jurnalist daha sonra yazır: "Yəni Naxçıvan aktyorları bəzən aylarla davam edən əziyyətlərinin müqabilində aldığı pulla Bakıda nəinki düz-əməlli restoranda oturub bir qarın çörək yeyə, hətta ala-babat çayxananın yanından belə keçə bilməzlər. Çünki Naxçıvan MR-də "xan" həzrətləri var və mədəniyyət xadimlərinin qanına susayıb. Hər halda xalq artisti Həsən Ağasoyun iddiasından belə anlaşılır..."

Qeyd edək ki, H.Ağasoy aşağıdakı paylaşımı edib: "Bakıda aktyorlar filmlərə çəkilir,televiziya və radioda çıxışlar edib müəyyən məbləğdə qonorar alıb ailə şəraitlərini yaxşılaşdırırlar.Burda isə aktyorların tək qazanc yeri Naxçıvan televiziya və radio verilişləri qapalı səhmdar cəmiyyətidir.Lakin burda aktyorların çıxışlarına ayrılan qonorar çox azdı...Məsələn televiziya tamaşalarında oynayan aktyorların qonorarı 8 manatdlr.Təsəvvür edin ki,yazıq aktyor bu rolu dəfələrlə məşq eləməli ,rola uyğun paltar geyməli ,qrimlənməli və s..Bu da onun göstəricisidir ki ,yeni maliyyə naziri aktyorların əməyini istismar edir ,Muxtar Respublika rəhbərliyj isə buna göz yumur.Buyurun bu da sizin sənət adamlarına verdiyiniz dəyər. Sizin heç insafınız,yoxdur?".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024