Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-10-2022, 12:58)
Bir gün `Azercell`in kartını QIRIB ATACAQLAR...






Bir neçə gündür ki, Azercell mobil operatorundan kütləvi narazılıqlar var. Mediatv.az gundeminfo.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə xeyli insan narazılıq edib. İstifadəçilər qeyd edirlər ki, bir neçə gündür ki, Azercell mobil operatorunun abunəçiləri balanslarına vəsait yükləsələr də həmin vəsaitlər hesabda görünmür.

Eyni zamanda sosial şəbəkələrdə Azercell-in internet traffikləri ilə də bağlı bir sıra iddialar irəli sürülür. Abunəçilər bildirir ki, müvafiq vəsaiti ödədikdən sonra internet paketi əldə edirlər. Lakin analoji dəyərdə və həcmdə olan digər mobil operatorun internet paketləri daha gec bitir. Azercell-in internet paketləri isə daha tez qurtarır. Bəzi ekspertlərin fikirincə, buna səbəb kimi Azercell-in sosial şəbəkələr üzrə istifadə zamanı tətbiq edilən internet tariflərinin baha olmasıdır. Məsələn siz Azercell-də "Yoyube", "Tik-tok" kimi sosial şəbəkələrdə ardıcıl olaraq 2 saat vaxt keçirirsiniz. Bunun üçün sizdən şərti olaraq 1000 Mb internet trafiki hesablanırsa, digər opoeratorlarda bu traffik daha azdır, şərti olaraq 600 Mb. Hələlik niyə Azercell-in həm danışıq, həm də internet tariflərinin baha olmasına dair heç bir açıqlama yoxdur.
Vətəndaşların Azercell-dəki pulları hara yoxa çıxır?
Lakin adıçəkilən mobil operatorun son zamanlar maliyyə problemləri ilə üzləşdiyi də iddia olunur.
Bundan başqa iddialara görə, Azercell-in ölkə ərazisində mövcud olan digər mobil operatorlarla da qarşılıqlı əməkdaşlıq prinsipləri pis qurulub. Sadə dillə ifadə etsək, digər operatorların istifadəçiləri öz aralarında daha aşağı, Azercelldən gələn və ya əksinə yönələn zənglər üçün çox yüksək tariflər hesablanır. Bunun da səbəbi kimi iddia olunur ki, digər mobil operatorlar ötürücü stansiyaların və müvafiq 5 G şəbəkəsinə keçiddə Azercell bir sıra öhdəlikləri yerinə yetirməyib.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024