Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-09-2022, 15:10)
Ermənistan hərbçiləri mülki texnikaya atəş açdı


Ermənistan hərbçiləri mülki texnikaya atəş açdı


Sentyabrın 7-si saat 08:10-dan 12:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

“Mediatv.az” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qeyd olunan istiqamətdə bölmələrimizin təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalıb.


Şirkətin texnikasına zərər dəysə də, xəsarət alan olmayıb.

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

шаблоны для dle 11.2

Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025