Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-09-2022, 15:33)
Bakıda tələbələrə hündürmərtəbli binalarda yer ayrılacaq?

 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmə başa çatıb.

Ali təhsil müəssisələrinin müsabiqəsində 66724 nəfər iştirak edib ki, onlardan 48841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ümumiyyətlə, cari ildə ali təhsil müəssisələrinin ümumi tələbə sayının 200 min nəfərə yaxın olmasına baxmayaraq, yataqxana ilə təmin edilən tələbələrin sayı 2,5 faiz təşkil edir. Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisələrinin 53 yataqxana binası var və onlardan yalnız 3859 nəfərlik tutumu olan 16 bina təmirlidir. Hazırda fəaliyyət göstərən bu təmirli yataqxanalar Azərbaycan Memarlıq və İnşaat Universitetinə (1 bina), Azərbaycan Dövlət Pedaqoji Universitetinə (1 bina), Naxçıvan Dövlət Universitetinə (2 bina), Lənkəran Dövlət Universitetinə (2 bina), Bakı Mühəndislik Universitetinə (2 bina), Azərbaycan Dillər Universitetinə (1 bina), Bakı Dövlət Universitetinə (1 bina), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (1 bina), Azərbaycan Dövlət Aqrar Universitetinə (2 bina), Gəncə Dövlət Universitetinə (3 bina) aiddir. Bunlardan əlavə, 1141 nəfər tutumu olan 11 təmirsiz yataqxana binası var. Təmirsiz yataqxanası olan binaların 2-si Bakı Dövlət Universitetinin, 1-i Azərbaycan Texniki Universitetinin, 1-i Bakı Slavyan Universitetinin, 1-i Azərbaycan Dillər Universitetinin, 4-ü Gəncə Dövlət Universitetinin, 2-si Azərbaycan Texnologiya Universitetinin tabeliyindədir. Digər 27 yataqxana binasında məcburi köçkünlər məskunlaşdığı üçün onların tələbələrin istifadəsinə verilməsi mümkünsüzdür. Bu binaların 5-i Azərbaycan Texniki Universitetinin, 5-i Azərbaycan Memarlıq və İnşaat Universitetinin, 5-i Azərbaycan Dövlət İqtisad Universitetinin, 5-i Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 3-ü Bakı Slavyan Universitetinin, 1-i Azərbaycan Dillər Universitetinin, 1-i Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, 2-si Sumqayıt Dövlət Universitetinin, 1-i Gəncə Dövlət Universitetinin balansındadır. Son illər ərzində bəzi yataqxanalar təmir edilib.

2020-2021-ci illərdə Gəncə Dövlət Universitetinin 706 nəfərlik tutumu olan 3, Bakı Dövlət Universitetinin isə 216 nəfərlik tutumu olan 1, Dövlət Aqrar Universitetinin 1040 nəfərlik tutumu olan 2 yataqxana binası təmir edilib. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində 800 nəfərlik yataqxana binası tikilərək istifadəyə verilib.

Qiymətlərə gəldikdə, Azərbaycanda dövlət ali məktəblərin yataqxanalarında aylıq ödənişlər 30-100 manat arasında dəyişir. Artıq dərslərin başlanmasına az vaxt qalb. Bölgələrdən Bakıya təhsil almağa gələn tələbələr ya yataqxanada, ya da kirayədə qalmalıdırlar. Hazırda isə Bakıdakı ali təhsil ocaqlarının yataqxanalarının sayının azlığından burada yer tapmaq müşkülə çevrilib. Digər tərəfdən, kirayə mənzil əldə etmək də çətinləşib. Belə ki, onsuz da paytaxtda kirayə evlərin əksəriyyəti tutulub. Bundan başqa, son günlər metrolara yaxın 1 otaqlı bina evinin kirayə qiyməti 400 manatı ötüb. Hazırkı şəraitdə aztəminatlı ailələrin övladları daha çox problemlə üzləşirlər.

Vəziyyətdən çıxış yolu nədir, yataqxanada yer tapa bilməyən və kirayəyə maddi gücü çatmayan tələbə harada yaşamalıdır?

Mediatv.az-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, ölkənin ali təhsil müəssisələrinə 51 mindən çox qəbul həyata keçirilir:

“Hazırda ali təhsil müəssisələrinin tələbə yataqxanası ilə bağlı ciddi problem var. Bu isə onların beynlxalq reytinqinə öz təsirini göstərir. Biz təklif vermişik. Hər bir ali təhsil müəssisəsi yaxınlığında hündürmərtəbəli, çoxmənzilli binalar var. Universitetlər binaların 2-3 mərtəbəsini öncədən alıb yataqxana kimi istifadə edə bilər. Çünki əvvəlki yataqxanalar uzun illər öncə istifadəyə verilib. Onlarda məcburi köçkünlər məskunlaşıb. Eyni zamanda, infrastruktur da normal deyil. Bu, ciddi problemdir”.

Kampus məsələsinə gəldikdə isə ekspert bildirdi ki, hazırda bu mümkün deyil:

“İstər Bakıda, istər regionlarda universitetlərin ətrafı kifayət qədər yaşayış binaları ilə əhatə olunduğuna görə bu mümkün deyil. O halda mümkündür ki, ali təhsil müəssisələri Bakıdan kənara köçürülsün. Ancaq ondan sonra bunu reallaşdırmaq mümkün ola bilər. İndiki halda Bakının mərkəzində hər hansı kampusun tikilməsi mümkün deyil. Hazırda yeganə çıxış yolu hündürmərtəbəli binaların bir neçə mərtəbəsini yalnız ayrı çıxışla yataqxana kimi istifadə etmək olar”.шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024