Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (14-04-2021, 16:12)
Pedaqoji Universitetdə nə baş verir?


Pedaqoji Universitetdə nə baş verir?
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi 1923-cü ildə könüllülük əsasında yaradılmış, Universitetdə çalışan əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi daşıyan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş qeyri-siyasi ictimai təşkilatdır.

Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətini Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizamnaməsi, Əmək Məcəlləsi və rektorluqla bağlanmış kollektiv müqavilə əsasında təşkil edir.

KONKRET.az xəbər verir ki, təşkilatın xidmətində 8 fakültə və universitetdə fəaliyyət göstərən 1500-ə yaxın professor-müəllim heyəti, laborant və texniki içşi birləşir. Komitə, əsasən ittifaq üzvlərinin sosial problemlərinin, hüquqlarının müdafiəsi ilə yaxından məşğul olub, onların müalicə və istirahətlərinin daha yaxşı təşkilinə kömək edib.

Bu sətirləri oxuyan müşahidəli oxucunun nəzərindən yəqin ki, “Komitə məşğul olub”, “Komitə kömək edib” söz birləşmələri qaçmadı və ağıllarda belə bir sual doğurdu: Nəyə görə “kömək edir” yox, “məşğul olur” yox? Cavab bəllidir – Komitənin sədri dosent Vaqif Əliyev boyda dərdi var, Komitə xəstədir!

Vaqif Əliyev özünün komitə sədri kimi birbaşa vəzifə və öhdəliklərini, Universitetin müəllim və işçilərinin sosial qayğılarını unudaraq, həmişə öz cılız şəxsi maraqlarını üstün tutmuşdur. Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, keçmiş rektor Yusif Məmmədovun dövründə Vaqif Əliyev 2008-ci ildən sonra əməkdaşlardan xəbərsiz Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqəyə girərək, onların adına hektarlarla bağ sahəsi almış və həmin bağ sahələrini öz qohumlarının və Universitetdə işləməyən Heydər Hüseynov və başqa şəxslərin adına sənədləşdirmişdir. O torpaqları hasara almış, üstündə villa və obyektlər tikdirərək satmışdır. Bütün bunları – torpaq sahələrinin kimin adına olması və hazırda kimə məxsus olduğunu dəqiqləşdirmək asandır.

Bildirilir ki, bütün sanatoriyalara göndərişlər (“putyovkalar”) 80-100 manat olduğu halda, Vaqif Əliyev onları əməkdaşlara və hətta Universitetdə işləməyən şəxslərə 300-500 manata satır. Xəstəliyi ilə bağlı müalicə almaq üçün müraciət etmiş əməkdaşların ərizələri isə illərlə baxılmamış qalır. HİK tərəfindən Tədris prosesində və ictimai işlərdə fərqlənən müəllim və işçilərin mükafatlıandırılması unudulmuşdur.

Məlumatda qeyd olunur ki, Vaqif Əliyev hamıya fəxrlə deyir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin qohumudur və bu səbəbdən ona heç kəs “bata bilməz”. Özündən razılığı o həddə çatıb ki, maddi yardımları öz yaxın adamlarının adına yazdırıb, pulları mənimsəyir. Yeni İl və Novruz hədiyyələrini belə şişirdilmiş sayla sənədləşdirərək, pulunu “həzm-rabedən” keçirir. Vaqif Əliyev pandemiya və Vətən müharibəsi dövründə də öz idbar işdəycələrindən əl götürməmiş, əksinə, bu gərgin dönəmlərdən də öz nəfinə manipulyasiyalar etmişdir. Komitə Məclisi, Rəyasət Heyəti, komitənin nəzdindəki komissiyalar formal olaraq mövcuddur, bütün qərarları Vaqif Əliyev təkbaşına verir. Hesabat seçki konfransları da yalnız kağız üzərində keçirilir, nəticəsi də Vaqifin xeyirinə olur.

Həmçinin vurğulanır ki, Vaqif Əliyev Universitet əməkdaşlarının pozulmuş hüquqlarını bərpa etmək, həyat və əmək şəraitlərini yaxşılaşdırmaq əvəzinə, tələbələri öyrədərək onları şantaj edir, barələrində müəssisə rəhbərliyinə əsaslandırılmamış mənfi təqdimatlar verir. Məsələn, “Şöhrət” ordenli əməkdar elm xadimi, uzun illər Respublika Təhsil Şurasının sədr müavini olmuş professor Mirzəli Murquzovu və onun həyat yoldaşı dosent Rəna Məmmədovanı bu yolla şantaj edərək rəhbərliyin gözündən salmış və Universitetdən qovdurmuşdur. Beynəlxalq dərəcəli idman ustası Gülbaba müəllimin də eyni qayda ilə müəssisədən kənarlaşdırılmasına nail olmuşdur. Universitetdə ixtisara düşdüyü xəbərini eşidən dörd nəfər əməkdaş infarktdan dümnyasını dəyişəndə də Vaqif Əliyevin vicdanı susmuşdur.

Təxmin edirik ki, Vaqif Əliyevin əməllərindən AHİK sədri, hörmətli millət vəkili Səttar Möhbalıyevin və ADPU-nun rektoru hörmətli professor Cəfər Cəfərovun xəbərləri yoxdur. Xəbəri vermək bizdən, ölçü götürmək isə onlardan.

P.S. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024