Pandemiyanın dünya iqtisadiyyatına təsiri, neft qiymətlərinin ucuzlaşması, fəaliyyət sahələrində dayanma, ölkələrin qapanması Azərbaycanda da bütün sahələrdə təsirini hiss etdirir.
Xüsusən pandemiya dövründə ticarət obyektlərinin qapanması, istehsalatın zəifləməsi və sərt karantin rejiminin gətirdiyi digər qadağalar cəmiyyətin bütün təbəqələrində çətinliklərin yaranması ilə nəticələnib.
Bütün bunlar ölkə iqtisadiyyatının daralmasını şərtləndirən faktorlardır.
Maraqlıdır, Azərbaycan post-pandemiya dövründə hansı iqtisadi islahatları həyata keçirməlidir ki, pandemiya dövründə dəyən zərər kompensasiya olunsun və iqtisadiyyatımız daha da inkişaf etsin?
İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, hökumət bütün istiqamətlərdə ciddi dəyişikliklərə getməlidir:
"Hazırda Azərbaycan iqtisadiyyatı dönüm nöqtəsindədir. Bu, həm post-pandemiya, həm post-işğal, həm də hazırda Azərbaycan üçün başlanan post-neft dövrü ilə bağlıdır. Belə bir zamanda Azərbaycan çox ciddi qərarlar qəbul etməlidir. Ona görə də həm iqtisadi, həm də siyasi sahədə fundamental dəyişikliklər olmalıdır. Yəni kiçik, dəstəkləyici tədbirlərdən ancaq qısamüddətli dövr üçün nəticə əldə etmək olar. Necə ki, 2015-ci ildən sonra qərarlar qəbul edildi, strategiyalar müəyyənləşdi, lakin bu strategiyaların icrası prosesi, eyni zamanda, onun siyasi əhatəliliyi tam deyildi. Buna görə də nəticələr davamlı və dayanıqlı olmadı. Hazırda bənzər stiuasiya ilə üzləşmişik. Hökumət bütün istiqamətlərdə ciddi dəyişikliklərə getməlidir. İlk növbədə, iqtisadiyyat liberallaşmalı, Azərbaycan xarici iqtisadi bloklara qoşulmalıdır. Dünya İqtisadi Ticarət Təşkilatı ilə ən qısa müddətdə razılaşma əldə olunmalıdır. O cümlədən, Avropa İttifaqı ilə asossiativ saziş imzalanmalıdır. Çünki böyük bazarlardan söhbət gedir və Azərbaycan iqtisadiyyatının inkişafı, liberallaşması üçün bu bazarlar çox əhəmiyyətlidir. Eyni zamanda, daxili bazarlarda da rəqabətli iqtisadiyyat mühitinin yaradılması, dayanıqlı və rəqabətli sahibkarlıq fəaliyyətinin formalaşması bu faktorlardan asılıdır. Çünki onlar üçün müvəqqəti lüks şərait, xüsusi mühit yaradılanda, öz fəaliyyətlərinin təkmilləşdirilməsində passivlik nümayiş etdirirlər. Buna görə də biz ən mühüm məsələləri həll etməliyik”.
Ekspert bildirib ki, mülkiyyət hüququ və inhisarçılıqla bağlı məsələlər öz həllini tapmalıdır:
“Rəqabət Məcəlləsinin qəbulu 17 ildir ki, gecikir. Bu məsələ öz həllini tapmalıdır. Məmurların ya məmuriyyət sferasında, ya da biznesdə olması qətiləşməlidir. Bu, çox vacibdir. Çünki bu adminstrativ üstünlük bazarda ədalətli rəqabətlilik mühitinin formalaşmasının qarşısını alır. Bu da yerli investorların öz vəsaitlərini yerli bazara deyil, xarici bazara çıxarmasına şərait yaradır. Xüsusən, qanunvericik orqanlarında və məhkəmə hakimiyyətlərində reformlara ehtiyac var. Məhkəmələrin müstəqilliyi təmin edilməlidir. Bu, təmin edilmədiyi təqdirdə, Azərbaycana xarici investisiyanın axını mümkünsüzdür. Biz 2016-cı ildən sonra kifayət qədər böyük strategiyalar icra etdik. Lakin ölkəyə birbaşa xarici investisiya qoyuluşu, əksinə olaraq azaldı".
Ekspert hesab edir ki, iqtisadiyyatın inkişafı qarşısında əsas əngəllərdən biri olan icra hakimiyyətləri ləğv edilməlidir:
"Eyni zamanda, idarəetmənin təkmilləşdirilməsi də vacibdir. Məlumdur ki, Azərbaycanda iqtisadiyyatı qarşısındakı ən böyük əngəllərdən biri icra hakimiyyəti institutudur. Yaxşı olar ki, icra hakimiyyətləri ləğv edilib, yerli özünüidarəetmə institutları inkişaf etdirilsin. Çünki icra hakimiyyəti institutu seçkili deyil və icma ilə hər hansı bir bağı yoxdur. Müşahidələr onu göstərir ki, əksər hallarda icra hakimiyyəti institutu iqtisadiyyatda monopoliyanı özü formalaşdırır. Halbuki, qanunvericilik bu institutun bizneslə məşğul olmasına icazə vermir. Lakin bu institutun təmsilçiləri adətən bizneslə məşğul olurlar ki, bu da yerlərdə biznes mühitini sarsıdan əsas məqamlardandır. Digər tərəfdən, icra hakimiyyəti institutlarının ləğvi onların səlahiyyətlərinin bələdiyyələrə verilməsini gündəmə gətirir. Lakin bu proses belə olmamalıdır. Yəni söhbət, bugünki bələdiyyələrdən gedirsə, onların uğurlu nəticə imkanları yoxdur. Çünki onlar seçilmiş yox, təyin edilmiş bələdiyyələrdir. Ona görə də iqtisadi və siyasi islahatların paralel aparılması şərtdir. De-fakto seçki institutu formalaşmalıdır. Bundan sonra Azərbaycanda yerli özünüidarə orqanlarının formalaşması istiqamətlərində seçkilər keçirilməli, icmalar həmin seçkilərdə real olaraq özlərinə rəhbərlər seçməlidir. Təbii ki, seçimlərdə yanlışlıqlar da olacaq. Bu, o demək deyil ki, icmaların qərarı 100 faiz doğrudur. Lakin önəmli məqam odur ki, icmalar növbəti seçimlərdə bundan nəticə çıxarıb, daha adekvat mövqe sərgiləyəcəklər.
Eyni zamanda, icma həmin seçkilərdən sonra məsuliyyəti öz üzərinə götürür. Bu, çox vacib məsələdir. Yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri qanunvericiliklə tam şəkildə təsbit olunub. Sadəcə olaraq, bu, praktiki şəkildə icra olunmur. Bu gün yerli idarəetmə orqanları təyin olunmuş icra hakimiyyətlərinin qələmdaşıyanı rolunu oynayır. Nə qədər ağrılı olsa da, belədir və bu reallıq dəyişməlidir. Əgər bu dəyişməsə, nəticənin əldə edilməsi mümkün deyil".
İqtisadçının fikrincə, əgər bu gün iqtisadiyyatı dönüm nöqtəsində olan Azərbaycan fundamental qərarlar qəbul etməzsə, qarşıdakı yarım əsrdə özünün gözlənilən sürətli inkişafına nail ola bilməyəcək:
"Təşviq mexanizmi ilə bağlı da daha çevik alətlər formalaşdırılmalıdır. Azərbaycanda vergi yükünün azadılması resurs gəliri olan indiki dövrdə mümkün görünür. Bu, həm iqtisadiyyatın leqallaşdırılması baxımından, həm də biznesin xərclərinin optimallaşdırılması yolu ilə mənfəət normasının yüksəlməsi və Azərbaycan bazarına xarici, daxili investisiya axınının sürətlənməsi baxımından çox vacibdir. Bu istiqamətdə də işlər görülməlidir. Amma sadalanan bütün istiqamətlərdə əsas meyar səmimilik olmalıdır. Yəni biri var imitasiya xarakterli qəbul edilən qərarlar, “yol xəritələri”, strategiyalar, biri də var real icra üçün nəzərdə tutulan qərarlar. Nə qədər ki, bu proqramlar bazar stekorderlərində səmimi təəssürat yaratmayacaq, nəticələrin əldə edilməsi çətin olacaq. Bu dönüm nöqtəsində indi sadaladığımız qərarlar qəbul olunmazsa, Azərbaycan növbəti 30-40 ildə özünün gözlənilən sürətli inkişafına nail ola bilməyəcək. Bu, çox mühüm məqamdır”.
R.Həsənova görə, gömrük institutu fiskal institutdan nəzarətedici və tənzimləyici orqana çevrilməlidir:
"Gömrük fiskal institut hesab olunur. Yəni dövlət gəlirlərinin formalaşmasında gömrük institutu əsas rol oynayır. Gəlirlərdən də bunu görmək mümkündür. 25 milyardlıq büdcənin gəlirlərinin təxminən 20 faizi gömrük gəlirləri hesabına formalaşır. Bu yanaşma dəyişməlidir. Bizdə real iqtisadiyyat, real istehsal mühiti yoxdur. Ona görə də, gömrüyün fiskal qurum olması əslində vətəndaşların cibinə girməkdir. Onsuz da həmin pulları biz-istehlakçılar ödəyir və kifayət qədər idxaldan asılı bir ölkəyik. Gömrük tənzimləyici və nəzarətedici funksiyaları əhatə etməlidir. Amma ayrıca müstəqil qurum olmasına da ehtiyac yoxdur. Dünya praktikasında gömrük orqanları ya Vergi Xidmətinin, ya da Maliyyə Nazirliyinin tərkibində bir şöbə kimi fəaliyyət göstərir. Onun xüsusi bir statusda ayrıca institut kimi fəaliyyət göstərməsinə gərək yoxdur. Amma dediyim kimi, burada çox böyük yığımlardan söhbət gedir. Ona görə də dövlət çalışır ki, hələlik mövcud status-kvonu qoruyub saxlasın. Amma düşünürəm ki, gömrük institunun özü də ləğv edilməli, bu fiskal institutdan daha çox tənzimləyici və nəzarətedici instituta çevrilməlidir".
Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024