Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (23-12-2020, 09:00)
“Pandemiya makroiqtisadiyyatı məhv edib” - TƏHLİL

“Pandemiya makroiqtisadiyyatı məhv edib”
2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"i açıqlanıb. Qeyd olunub ki, Azərbaycanda növbəti 4 ildə ortalama inflyasiya 2,8 faiz təşkil edəcək. Gələn il ölkəmizdə ortaillik istehlak qiymətləri indeksinin 3 faiz artacağı proqnozlaşdırılır.

Qeyd edilir ki, 2022-ci və 2023-cü illərdə ölkədə ortaillik inflyasiya səviyyəsinin 2,8 faiz gözlənildiyi halda, 2024-cü ildə bu göstəricin 2,7 faizə enəcək. Beləliklə, 2021-2024-cü illərdə Azərbaycanda ortalama inflyasiya səviyyəsi 2,8 faizə bərabər olacağı proqnozlaşdırılır.

Faktiki rəqəmlərə gəldikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda illik inflyasiya 2,8 faiz, 2019-cu ildə isə 2,6 faiz təşkil edib.

İqtisadçı-ekspert Fuad İbrahimov qeyd edilən proqnozlar barədə fikirlərini “Sherg.az”la bölüşüb. Ekspert bildirib ki, iqtisadi proqnozlar konkret olaraq çərçivəli şəkildə nə plandır, nə də göstəricinin 100 faiz təmin olacağına zəmanət verir:

“2015-ci ildə dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi bütün dünya iqtisadiyyatına təsir göstərdiyi kimi, bizim də iqtisadiyyatımızda müəyyən çətinliklər yaşandı.

Çətinliklər nəticəsində artıq iqtisadi proqnozlar özünü doğrultmadı və kəskin şəkildə əks istiqamətdə hərəkət etməyə başladı. Amma 2019-cu ildə iqtisadiyyatımızın dayanıqlılığı bərqərar edildi.

Baxmayaraq ki, 2020-ci ildə həm pandemiya, həm də vətən müharibəsinin çətinlikləri var. Lakin iqtisadiyyatımız dayanıqlılığını kifayət qədər qoruyub-saxlaya bildik. 2019-cu ildəki uğurların və dinamik inkişafın nəticəsində iqtisadi dayanıqlığımız qorundu”.

F.İbrahimov vurğulayıb ki, 2021-ci və qarşıdakı illər üçün açıqlanan iqtisadi göstəricilərin gələcəkdə nə dərəcədə dolğun olub-olmaması sual atındadır:

“Hesab edirəm ki, açıqlanan proqnoz risklidir. Çünki ən azından dünya iqtisadiyyatının pandemiya ilə bağlı sərhədləri hələ bəlli deyil. Məlumdur ki, pandemiya dünya ölkələrinin makroiqtisadiyyatını məhv edib. Hətta elə sektorlar var ki, tamamilə məhv olub. Məsələn, turizm sektorundan tutmuş, digər xidmət sektorlarına qədər, hətta istehlak bazarları çöküb. Bu nöqteyi nəzərdən hazırkı proqnozlar xəta ilə rastlaşa bilər”.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024