Slayd / Təhsil (8-06-2020, 09:39)
Ceyhun Bayramovun kadrları gül vurur... - İTTİHAM
1953-cü ildə Bərdə rayonunda anadan olan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.03.2013-cü tarixli, 48-25-1193/16 saylı məktubuna, Bərdə rayon İcra Hakimiyyəti başçısının 27.03.2013-cü il tarixli 52 nömrəli sərəncamına əsasən, Bərdə rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş Rzaqulu Yaqub oğlu Şərifov oğlunun yaş müddəti çoxdan keçsə də, nədənsə adı çəkilən bu şəxsə “görünməz əllər” yenə “arxa-dayaq” durmaqda davam edirlər. Belə bir səbəb üzündən də, tam əksəriyyət Rzaqulu müəllimi Bərdə rayon Təhsil Şöbəsinin “əbədi və əzəli müdiri” hesab etməkdən də ehtiyat etmirlər. Düzdür, bu gün təhsil naziri cənab Mikayıl Cabbarov özünü ictimaiyyətə reformist, təhsil sektorunda islahatların memarı rolunda təqdim etsə də, nədənsə Nazirin bugünkü kadrlarının əksəriyyəti köhnə təfəkkürə və “bazar şərtləri”nə uyğun fəaliyyət göstərməkdə davam edirlər. Belə kadrlardan biri də, Bərdə rayon təhsil şöbəsi müdiri Rzaqulu Şərifovdur ki, bu şəxsi tam əksəriyyət Azərbaycan təhsilinin “üzqarası” hesab etməyi də unutmurlar.
Media üzərindən apardığımız araşdırmalardan, yerli sakinlərin söylədiklərindən hasil olan nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Təhsil İşçisi”, Azərbaycan Respublikası Prezidentinin 04.10.2010-cu il tarixli, 1132 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülən Rzaqulu Şərifovun rəhbərlik etdiyi Bərdə təhsili, bu gün də uçuruma sürüklənməkdədir. Belə olan halda ortaya çoxsaylı düşündürücü suallar çıxır ki, görəsən Bərdə təhsilini “altını üstünə çevirən” şöbə müdiri ilə işləmək Mikayıl Cabbarovun nəyinə gərəkdir?!
Nyus.Az-ın əldə etdiyi müfəssəl məlumatlara görə, hal-hazırda da Bərdə rayon Təhsil Şöbəsi məktəbləri xəracyığma məntəqələrinə çevirib, vaxtilə şagirdlərdən təmir pulu, süpürgə pulu toplanırdı, müəllimlərin maaşından fond pulu adı altında pul toplanır, şəhərin 80 orta məktəbində çalışan təqribən 5 min müəlliminin hər ay maaşından tutulan 10 manat məbləğində pul vəsaitləri böyük korrupsiya piramidasının varlığından xəbər verir. Hələ bu azmış kimi şöbə müdirinin oğlunun digər harınlamış məmur övladları kimi davranması və xeyli müddət bundan öncə məktəbə məxsus avtomobillə ölümlə nəticələnən qəza hadisəsini törətməsi uzun müddət müzakirə mövzusu olmuşdur.
Bəzi media qurumlarında yayılan məlumatlara görə, bir müddət bundan öncə Təhsil Nazirliyinin əməkdaşları Bərdə rayon Təhsil Şöbəsində maliyyə yoxlamaları apararkən həddi-hüdudu bilinməyə sayda mənimsəmə faktlarını aşkara çıxara bilirlər. Bundan əlavə, koronovirusla (COVİD-19) əlaqədar ölkəmizdə təhsilin dayandırıldığı vaxtdan əvvəl bu rayonun kənd məktəblərində dərsə davamiyyətin çox aşağı səviyyədə olduğu vurğulansa da, yuxarı sinif şagirdlərindən bəzilərinin məktəb üzü görmədikləri bildirilsə də, məhz onların adlarının sinif jurnallarında əksini tapdığı və sonda müxtəlif yollarla attestata sahiblənə bildikləri vurğulanır. Rzaqulu Şərifovun yarıtmaz idarəçiliyi haqda yayılan məlumatarda o da qeyd olunur ki, rayondakı məktəblərdə çalışan müəllimlərin bir çoxu öz ixtisasları üzrə deyil, digər ixtisaslar üzrə dərs keçirlər. Belə bir səbəblər üzündən də, orta təhsilini başa vurmuş şagirdlərin bəziləri nə ali məktəbə daxil ola bilirlər, nə də ki, imtahanlarda uğurlu nəticə əldə etməyi bacarırlar. Bu kimi halların varlığı da, Bərdə təhsilinin hansı vəziyyətdə olmasından xəbər verir.
Hələ bunlar azmış kimi, bugünlərdə əldə etdiyimiz başqa bir məlumatlar da, sanki bizi şoka sala bilib. Belə ki, Nyus.Az-a daxil olan məlumatlarda o da vurğulanır ki, Bərdə rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən 6 saylı məktəbin informatika fənni üzrə müəllimi Billurə xanım, hal-hazırda təhsil şöbəsinə məxsus inzibati binada oturur və hal-hazırda “xərac yığmaq”la məşğul olur. Yəni, adı çəkilən bu xanım müəllimə imtahan vermək məqsədilə qeydiyyatdan keçmək istəyən hər şagirddən 5 və yaxud da 10 manat pul alıb, hər kəsi “yola verməyi” bacarır. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, DİM-ini şəhər və rayonlarda regional bölmələri olsa da, nədənsə şagirdlər Bərdədəki regional bölməyə deyil, məhz Bərdə rayon Təhsil Şöbəsinə üz tutmalı olurlar. Belə bir halın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Nyus.Az-ın yerli sakinlərdən əldə etdiyi məlumatlara görə, bu gün belə bir işlərin başında Bərdə rayon Təhsil Şöbəsinin “əbədi və əzəli müdiri” hesab olunan Rzaqulu Şərifov durur və o, adı çəkilən bu xanıma lazımi imkanlar da yaradır. Dolaşan söz-söhbətlərdə o da vurğulanır ki, Billurə xanım indiyə kimi o qədər “xərac” yığa bilib ki, o, qısa zaman kəsiyində iki bahalı avtomobilə sahib olub, evinə isə, iki min manatlıq televizor alıb. Elə ki, əməkdaşımız toplanan “xərac”la bağlı müəyyən araşdırma aparır və məsələnin mahiyyəti haqda Billurə xanıma sual verib cavab əldə edir, o halda adı çəkilən bu xanım söylənilənləri tam şəkildə təsddiq edir. Bundan əlavə, Bərdə rayon Təhsil Şöbəsinin əməkdaşı olan Sürəyya adlı xanımın müqavilə müddəti başa çata da, onun bu gün də daşıdığı vəzifəsini icra etməsi daha çox müzakirə olunan söz-söhbətlərdəndir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024