Slayd / Təhsil (4-11-2019, 10:26)
Cənab təhsil naziri bu barədə nə düşünür?

Dia.az bildirir ki, Bizimxeber.az-ın elektron ünvanına daxil olan eksklüziv məlumata görə, Neftçala şəhər, Milli Qəhrəman Samit İmanov adına 1 saylı orta məktəbin direktoru Ülviyyə Abdullayeva və məktəbin tədris hissə müdiri Dilarə Səfərova ciddi problemlə üzləşiblər. Daha doğrusu, adıgedən hər iki təhsil işçisinin həyat yoldaşı AR CM-nin 234.1-ci maddəsi ilə (narkotik maddələrin aludəçisi) məsuliyyətə cəlb olunub.
Məlumatda qeyd olunur ki, dikektor Ülviyyə Abdullayevanın həyat yoldaşı Abdullayev Cavanşir Əbülfəz oğlu və tədris hissə müdirəsi Dilarə Səfərovanın həyat yoldaşı Səfərov Namiq Salam oğlu 2 il azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılıb. Hər iki şəxs elektron bilərzik taxmaqla axşam saat 23:00-dan, səhər saat 7:00-a kimi yaşadıqları ünvandan kənara çıxa bilməz.
Beləcə Neftçala şəhəri, Milli Qəhrəman Samit İmanov adına 1 saylı orta məktəbin direktoru Ülviyyə Abdullayeva və məktəbin tədris hissə müdiri Dilarə Səfərovanın həyat yoldaşları narkotik maddələri istifadəsi maddəsi ilə cəza alıblar. Anlamaq çox çətindir. Hər gün məktəblilərə tərbiyə verən bu təhsil işçilərinin şəxsi həyatlarında bu yekəlikdə problem varkən onlar necə təhsil, tərbiyyə verə biləcəklər? Rayonun 1 nömrəli məktəbinin direktorunun ailəsində narkotk maddələrin aludəçisi varkən o necə direktorluq edəcək? İndi siz deyin, bu hadisədən xəbərdar olan məktəbli direktor və tədris hissə müdirini eşidərmi, onun tərbiyəsindən yararlanarmı?
Görəsən, cənab təhsil naziri Ceyhun Bayramov nə düşünür? Onlar məktəb direktoru və yaxud müavin işləyə bilərlərmi, cənab nazir?


Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025