Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Araşdırma (16-01-2018, 12:48)
Pərviz Şahbazov enerji sahəsindəki qanunsuzluğun qarşısını ala biləcəkmi?

 

Mediatv.az xəbər verir ki "ASAN Xidmət" mərkəzlərinin cəmiyyətdə qazandığı böyük inamın mərkəzində insanların burada bürokratik əngəllərlə, süründürməçiliklə, korrupsiya ilə qarşılaşmayacaqlarına əminlikləri dayanır. Sevindiricidir ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli Fərmanında verilmiş tapşırıqdan sonra kommunal xidmətlərin təşkili və haqqının ödənişlərini də "ASAN-Kommunal" Mərkəzi vasitəsilə vaxt itirmədən həyata keçirmək mümkündür. Amma müşahidələr göstərir ki, bu müstəvidə heç də hər şey arzuolunan səviyyədə deyildir. Məsələn, istehlakçı (potensial istehlakçı) evinə, obyektinə elektrik xətti çəkdirmək üçün texniki şərt almaq məqsədilə "ASAN-Kommunal" Mərkəzinə müraciət edir (Bildiyimiz kimi, burada göstərilən əsas xidmətlər məişət abonentlərinin elektrik, su, qaz şəbəkəsinə qoşulması ilə əlaqədar müqavilələrin bağlanması və texniki şərtlərin verilməsi, elektrik, su və qaz sayğaclarının quraşdırılması, dəyişdirilməsi, sayğaclar üçün smart kartların verilməsi, bərpası və yenilənməsi və sairədir). Mərkəz də öz növbəsində vətəndaşın müraciətini "Azərişıq" ASC-nə yönləndirir. "Azərişıq" ASC-nin mütəxəssisləri bu əsasda smeta tərtib edirlər. İş burasındadır ki, həmin smetaları nəzərdən keçirib ümumi qiyməti formalaşdıran xərc maddələrinə göz atdıqca adam dəhşətə gəlir. Məsələn, vacib detallardan sayılan kontakt sıxacları əksər elektrik avadanlıqlarının satışı mağazalarında 1.5 - 2.0 manata satılırsa, smetada onun qiyməti 8.98 AZN göstərilir. Transformator məntəqəsində (TM) quraşdırılacaq 250 amperlik avtomat açarlarının qiyməti isə əksər dükanlarda 65 - 120 manat arasında dəyişdiyi halda, smetada bu məbləğ 341(quraşdırılması ilə birgə) manat göstərilir. Bundan əlavə,quraşdırılacaq açarın nəyə görə aşağı amperajlı deyil, məhz 250 A qəbul edilməsinin də heç bir texniki əsası yoxdur. Smetada hətta yerli - dibli çəkilməyən xərclər də maddələrdə əksini tapır. Acınacaqlıdır ki, "Azərişıq" ASC-nin istər əhali, istər-qeyri əhali qrupundan olan istelakçıları bu cür incitməsinin, "cibə girmə"sinin qarşısını almaqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də acizdir. Naçar duruma düşən vətəndaşlar məsələyə Energetika Nazirliyinin tabeliyindəki Dövlət Enerji Nəzarəti İdarəsinin konstruktiv müdaxiləsinə də nail ola bilmir.Görəsən belə özbaşınalıqıar nə vaxta kimi davam edəcək?İdarənin Bakı Regional Bölməsinin rəis müavini Nurəddin Şükürovla əlaqə saxladıq. O, öz növbəsində "Azərişıq"in özbaşına bir qurum olduğunu və Azərişıq rəhbərliyinin kifayət qədər "ranqlı" bir məmur olduğundan səlahətləri olsa da onlara təsir etməyin mümkünsizliyini dilə gətirdi. Maraqlıdır ki, Nurəddin Şükürov "Azərişıq"nin bu özbaşınalığını səmimi söhbətlərində bizdən də artıq görüb bildiyini etiraf etsə də,ona tabe olan işçilər rəsmi bəyannamələrdə bu hərc-mərcliyə dəstək verən mövqe sərgiləyirlər. Üstəgəl, "Asan Komunal"da Texniki Şura sədrinin Enerji Nəzarət İdarəsinin Eldəniz Əhmədov adlı əməkdaşının olması, qiymətlərin təyinində məhz onun söz sahibi olması belə qənaətə gəlməyə əsas verir ki, bu idarə özü də rəqəmlərin "şüşürdilməsindən" məmnundur.Vətəndaşların rəsmi şikayətini araşdıran müfəttiş Elçin Quliyev isə sənədləri saxtalaşdırmaqda mahirdir .Elçin Quliyev, vətəndaşın şikayətin araşdırılmasında iştirak etmədiyi halda onun iştirak etdiyini yazmağı və araşdırmanı istədiyi istiqamətə yönəltməyi onun  falsifikasiya ilə məşğul olduğunu göstərir.Görünür bu apardığı işin məsuliyyətini hələ dərk etmir.Potensial enerji istehlakçıları bu üç "triyo"nun əlində aciz qalıb.Biri qiymət təyinində rol oynayır,digər ikisi isə onun yazdığına don geyindirməyə çalışır. Mediatv.az-a daxil olmuş məlumata görə "Azərişıq"ın tərtib etdiyi smetanı formalaşdıran rəqəmləri Enerji Nəzarəti İdarəsinin bu işə məsul əməkdaşlarının konkret əsaslarla deyil, məhz "quru söz"lə azaltması mümkündür. Bunun nə demək olduğunu təsəvvür etmək elə də çətin deyildir. Demək, çox ciddi sənəd sayılan layihə smetanın həcmini tapşırıqla artırıb-azaltmaq olar.Çox maraqlıdır ki bu proseslər Enerji Nəzarəti İdarəsinin rəisi Amil Mürsəliyevin gözi qarşısında baş verir və yuxarıda sadaladığımız hər bir prosesdən detalına kimi məlumatlıdır Lakin bütün bu özbaşınalıqlar qarşısında idarə rəisi hələ ki susqundur.Görəsən daha hansı qanunsuzluqlar baş verməlidir ki o işçiləri barəsində ölçi götürsin? Bəlkə təzə təyin olunmuş nazir Pərviz Şahbazovun bu problemin həlli ilə bağlı nəsə kreativ planı var?Yəqin ki Pərviz Şahbazov, qanunlara məhəl qoymayan,istehlakçıların hüquqlarını pozan və falsifikasiya ilə məşğul olanların, yeni yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyidə vəzifə tutmasına imkan verməyəcək. 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024