Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 20:40)
Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyi: 20 illik uğurlu yol!

 
Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin yaranmasından 20 ildən artıq vaxt keçir. Təşkilat bu illər ərzində medianın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına, informasiya şəffaflığının təşviqinə böyük töhfələr verib. Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyi ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, miqrasiya məsələlərinin öyrənilməsi sahəsində uğurlu işlər görmüş, bir çox layihələr və treninqlər həyata keçirmişdir. ADİM daim beynəlxalq jurnalist təşkilatları, ayrı-ayrı dövlətlərn nüfuzlu ictimai institutları ilə sıx əlaqədə çalışaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və eyni zamanda ölkəmizə qarşı yönəlmiş qərəzli informasiya və yazıların mahiyyətinin aşkarlanması və ifşa olunması istiqamətində ardıcıl addımlar atmışdır.
Təşkilat öz stausundan və nizamnamə öhdəliklərindən çıxış edərək nüfuzlu auditoriyalarda Azərbaycanın maraqlarını qorumuşdur. ADİM-in 20 illik fəaliyyətinin əsas hissəsi müharibədən zərərçəkmiş və işğaldan azad olunmuş regionlara xarici ölkə nümayəndələrinin, jurnalistlərin, tələbələrin səfərlərinin təşkili, orada yaşayan qaçqın və məcburi köçkünlərin diqqətdə saxlanılması, sosial-humanitar layihələrin icrası və sair olub.
Fəaliyyətə başladığı ilk dövrlərdən regionda milli və hərbi zəmində baş verən münaqişələrin öyrənilməsi və aradan qaldırılması yollarının araşdırılması İctimai Birliyin əsas vəzifələrindən biri olmuşdur. ADİM müharibə dövründə xalqımızın Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşmsi, dövlət-millət birliyinin gerçəkləşməsi istiqamətində geniş təbliğat və təşviqat işləri aparmaqla bərabər, Azərbaycanın bu müharibədi ədalətli mövqeyi ilə bağlı dəfələrlə beynəlxalq səviyyədə konfrans və debatlarda iştirak etmişdir.
44 günlük müharibə Azərbaycan ordusunun həyata keçirdiyi strateji və taktiki ustalıq, 2020-ci ilə qədər dünyada çox az tətbiq edilən pilotsuz uçuş aparatlarının döyüş taktikası bir hərbi-elmi yenilik kini bu gün bütün dünyanın diqqət mərkəzindədir. Hətta bir çox xarici ölkə hərbi məktəblərində bu hərbi nailiyyət öyrənilr. Təşkilat Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərin gənclər tərəfindən mənimsənilməsi, onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ölkənin orta və ali məktəblərində davamlı iş aparır, tədbirlər keçirir.
Təşkilat daim Azərbaycan dövlətçiliyinin keşiyində dayanmış, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunması istiqamətində mühüm və səmərəli işlər aparmaqdadır.
ADİM ölkədə həyata keçirilən dövlət əhəmiyyətli bütün tədbirlərin əsas hərəkətverici qüvvələrindən biri olmuş, Prezident və parlament seçklərində fəal iştirak etmişdir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025