Karusel / Slayd (20-12-2017, 12:56)
"ASAN KOMUNAL" Baba Rzayev qarşısında aciz durumda
Mediatv.az-ın redaksiyasına Suraxanı rayon sakini Ə.Quliyev tərəfindən şikayət məktubu daxil olub.Şikayətçi yazır:8-ci km-də yerləşən qarajda bir fazlı elektrik sayğacımız və abunə kodumuz var.Uzun müddətdir qarajda elektrik enerjisindən qanuna müvafiq qaydada istifadə edirik və istifade etdiyimiz elektrik enerjisinin pulunu vaxtı-vaxtında ödəyirik.
Qarajda olan bir fazlı elektrik sayğacını üç fazlı elekrrik sayğacına keçmək lazım gəldi. Lazım olan dəyişikliyi etmək üçün tələb olunan sənədləri yığıb 18.09.2017-ci il tarixdə 2 saylı Bakı “Asan Kommunal” mərkəzinə müraciət etdim. “Asan Kommunal”da sənədləri qəbul edən şəxs bildirdi ki, “Azərişıq”ın nümayəndəsi yerində baxış keçirdikdən sonra smeta tərtib olunacaq.Təqribən iki həftədən sonra Texniki şərti götürüb, tərtib olunmuş smetaya baxanda dəhşətə gəldim. Təsəvvür edin, bir fazlı elektrik sayğacını üç fazlı elektrik sayğdacına dəyişmək 750 manata başa gəlir. Tərtib olunmuş smetada şişirdilmiş qiymətlərin və artıq detalların yazılmasını aşkar etdim. Məsələn, 1) 250 A-lik avtomat açarı quraşdırılması ilə birgə - 341,02 AZN- hara quraşdırılacağı məlum deyil. Faktiki bu istifadə olunmayacaq və üç fazlıya keçmək üçün gərəkli deyil.Vətəndaşdan isə pulu alınır. Kobud desək, vətəndaşın “cibinə girilir”. 2) Koktakt sıxacları 4 ədəd 4x 8,98 AZN. Bu sıxac bazarda 1 AZN olduğu halda vətəndaşa 8,98 AZN-ə zorla satılır və başqa yolun da yoxdur. Yerində quraşdırılmalı ikisi lazım olduğu halda 4 ədədin şişirdilmiş qiymətə almağa məhkum edilirsən. 3) Abonent dayağı - 39,49 AZN. Yerində var, artıq yazılıb. 4) İşin icrası üçün maşın və mexanizm xərcləri 55 AZN - həddən artıq şişirdilmiş qiymət. Belə hallar kifayət qədər sadalamaq olar. Cavabı aldıqdan sonra dərhal 2 saylı Bakı “Asan Kommunal” mərkəzinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət etdim. Hər iki təşkilata etdiyim şikayət yenidən araşdırılması üçün “Azərişıq”a göndərildi.
Ötən müddət ərzində hər iki təşkilatla telefon əlaqəsi saxlamışam. İlk müraciətimdən üç aydan artıq vaxt keçməsinə baxmayaraq, problem həllini tapmır.ASAN KOMUNAL daxil olmuş şikayətimi araşdırmaq üçün Azərişıq ASC-yə yenidən yollasada Azərişıq "ASAN KOMUNAL"ın heç rəsmi sorğusuna cavab vermədi .Görünür hər iki təşkilat “Azərişıq” qarşısında aciz durumdadır. “Azərişıq”ın rəsmi nümayəndələri ilə görüş zamanı bütün iradlarımı qəbul etsələr də, heç bir nəticə hasil olunmur.
Davamı olacaq.....
Qarşı tərəfi dinləməyə hazırıq


























