Təhsil (25-04-2023, 12:47)
AAK-nın Ekspert komissiyasında necə müsbət rəy verilir?
Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın sədri cənab Famil Mustafayevə, Gəncə Dövlət Universitetinin dosenti, fəxri professor Cəfər İbrahimov tərəfindən müraciət ünvanlanıb.Bir nüxsəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:Hörmətli Famil müəllim, Qasımova Həmidə İsgəndər qızı 27.05.2022-ci ildə 5804.01 - "Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi" şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi" mövzusunda dissertasiya işi müdafiə edib. Bu dissertasiya işini rüşvət müqabilində onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb. Həmidə Qasımova pedaqogika elmindən tam xəbərsiz, pedaqogikanın ilk anlayışlarının adını, ixtisasının adını belə bilməyən bir adamdır. Ali Attestasiya Komissiyasında dissertasiyanı pulu ilə yazdırıb, içindən xəbəri olmayan adamı Ekspert komissiyasından necə müsbət rəylə keçirib diplom verirlər? Dissertasiyasındakı uzun sözləri, çoxhecalı sözləri belə tələffüz edə bilməyən, pedaqogikanı bilməyən adama necə alim adı verilir?Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun öz keçmiş katibəsinin işini təsdiq etdirmək üçün qorxusundan verdiyi rüşvət qanunları beləmi əzməyə imkan verir? Həmidə Qasımovanın əlində kifayət qədər Yusif Yusibovu bitirəcək materiallar və video çəkilşlər var.Bunlar Ali Attestasiya Komissiyasında bəzi şəxslərin korrupsiyaya bulaşdığını göstərir. Budurmu AAK-ın obyektivliyi?Hörmətli Famil müəllim, Siz obyektiv adamsınız. Ona görə də, bu biabırçılığın qarşısının alınmasını Sizdən xahiş edirik.Digər tərəfdən universitet rəhbərliyi mənim adım və saxta imzamla, məndən xəbərsiz müxtəlif təşkilatlara məktub göndərir ki, guya məktubu mən yazmamışam.
Hörmətlə,
Cəfər İbrahimov, Gəncə Dövlət Universitetinin
dosenti, fəxri professor
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024