Slayd / Təhsil / Redaktor seçimi (13-02-2023, 12:00)
Masallı məktəbində "Manyak" peyda olub
Fevralın ilk günlərində APA-nın Cənub bürosu xəbər yaydı ki, Masallı rayon Musaküçə kənd F.Xancanov adına tam orta məktəbinin direktoru Cahangirov İlqar Abbas oğlu həbs edilib. Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-nın Cənub bürosuna bildiriblər ki, 2016-cı ildən sözügedən məktəbin direktoru vəzifəsində çalışan İlqar Cahangirov 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2,179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri (ötən il Maliyyə Nazirliyinin həmin məktəbdə apardığı yoxlamanın nəticəsi və vətəndaşlardan işə götürmək adı ilə aldadaraq külli miqdarda pul alması) ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Masallı rayon prokurorunun təqdimatı əsasında Masallı rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Bu günlərdə isə Mediatv.az saytının redaksiyasına Masallı rayonun digər bir kənd məktəbinin müəllimi barəsində ilginc informasiya daxil olub.
Mediatv.az xəbər portalının redaksiyasına bu günlərdə daxil olmuş məlumatda bildirilir ki, Masallı rayonunun Şıxlar kənd 2 saylı ümumi orta məktəbinin biologiya-coğrafiya müəllimi Əzizov Əjdər Əlibala oğlu məktəbdə yaşına-başına uyğun olmayan hərəkətlər edir, məktəbli qızlara, cavan müəllimələrə sataşır. O üzdən artıq valideynlər Əjdər müəllimi məktəbə buraxmır, onun işləyəcəyi təqdirdə öz uşaqlarını məktəbə buraxmayacaqlarını deyirlər. Məlumatda həmçinin Əjdər Əzizovun valideynlər tərəfindən döyüldüyü də bildirilib.
Məsələ ilə bağlı araşdırma apararkən, məktəbin direktoru Nurəddin müəllimə zəng vurub məsələyə münasibətini soruşduq. “Əzizov Əjdər Əlibala oğlu ixtisasca kimya-biologiya müəllimidir, uzun illərddir, hətta məndən də əvvəl məktəbdə dərs deyir, əslən qonşu Şərəfə kəndindəndir” – deyən direktor müəllimlər və valideynlər tərəfindən Əjdər müəllimin uyğunsuz hərəkətləri barədə akt tərtib edildiyini, aidiyyəti qurumların - kənd icra nümayəndəliyinin, rayon təhsil sektorunu məlumatlandırıldığını, Əjdər Əzizovun fevralın 8-dən etibarən işə çıxmadığını təsdiqlədi. Əjdər müəllimin işdə qalıb-qalmayacağı ilə bağlı hələlik əmr olmadığını deyən Nurəddin müəllim, onun döyülüb-döyülmədiyi barədə məlumatlı olmadığını dedi: “Əgər belə hadisə olubsa da, məktəbdən kənarda baş verib”.
Zəng vurub əlaqə saxladığımız daha bir Şıxlar kənd sakini, məktəbin sabiq direktoru Şirməmməd müəllim məlumatı nə təsdiq, nə də təkzib etdi: “Mən də bu barədə başqalarından eşitmişəm. Sizə məlum olandan artıq heç nə bilmirəm. Eşitdiyimə görə, özü dərsə gəlməyib.
Kənddə hörmət-izzət sahibi olan ziyalılardan, Şıxlar kənd məktəbində uzun illərdir ki pedaqoji fəıaliyyətlə məşğul olan Zakir müəllimə zəng vurduq. Zakir müəllimin dediklərindən: “Mən də bu barədə eşitmişəm. Deyirlər ki, Əjdər müəllim sinifdə 45 dəqiqədə dərs keçməkdən əlavə ailəsindən danışıb. Sinif otağında yatıb gecələdiyini, corablarını sinifdə çıxardığını da deyirlər. Əslən başqa rayonundan olan bir gənc xanım müəlliməni təyinatla Masallıya göndəriblər. Yuxarıdan məsləhət gördülər ki, bu qız ali təhsillidir, sinif müəllimi işləyəcək, rayonumuza əmanətdir, hələlik bizdə qalsın, mən də razılaşdım. Müəllimə məktəbə işə çıxandan az sonra gördüm ki, ovqatı yerində deyil. Səbəbini soruşdum, heç nə demədi. Sonra gördüm ki, əhvalında dəyişiklik, əsəbilik var. Həkimə apardım, stressdən müalicə aldı. Mənim qızım da, gəlinim də məktəbdə işləyirlər. Qız onlara Əjdər müəllimin onu narahat etdiyini açıb deyib: “Təzə gəlmişdim, gəlirdi mənə ev - ailə söhbəti edirdi, problemlərindən danışdı. Deyirdi ki, valideynləri ona istəmədiyi arvadı alıblar. Telefonda müəlliməyə,uyğun olmayan vatsap mesajı göndərib. Sərt cavab alandan sonra üzr istəyib. Kollektiv yanında peşmanlığını etiraf etsə də, sonra səhv hərəkət etdiyini danıb. Ümumiyyətlə, xatırlayıram, Əjdər Əzizov əvvəllər də, mən işlədiyim dövrdə də kollektivə uyğunlaşmayıb. Deyirlər, sinifdə qız uşağına da söz atıb. Ona görə də valideynlər məktəbdə sözü bir yerə qoyublar ki, o, işləməkdə davam eləsə, uşaqlarını məktəbə buraxmayacaqlar”.
Zakir müəllimin Əjdər Əzizovun əvvəllər də kollektivə uyğunlaşmaması barədə dediyi sözlər başqa kənd sakinlərinin onun əvvəllər də müəllim etikasına uyğun olmayan hərəkətlər etdiyi barədə söylədikləri ilə təxminən üst-üstə düşür. Belə olan halda haqlı bir sual ortaya çıxır: Nə əcəb direktor Nurəddin müəllim indiyədək bu barədə tədbir görməyib?Direktoru Əjdər müəllim qarşısında "gözükölgəli" edən hansı səbəbdir? Hansı marağa görə hərəkətsizlik edib ki, Əjdər Əzizovun da seksual mənşəli davranış pozuntuları indi manyaklıq həddinə çatıb?(Bu barədə araşdırmalarımız davam edir)
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, ½ nömrəli Qərarı ilə təsdiq edilmiş “MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI”nda göstərilir ki, Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət etməlidir (3.15-ci maddə), milli-mənəvi dəyərlərin, mədəni irsin qoruyucusu missiyasını daşımaqla bərabər cəmiyyətin fəal üzvü olmalıdır (4.5.1), yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır (4.5.2), vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini qorumalı və mənfi təsir altına düşməməlidir (4.5.3).
Qəribədir ki, dövrümüzdə nəinki cavan, hətta orta və daha yuxarı yaşlı müəllimlər arasında qeyd olunan davranış normalarını gözləməyən müəllimlərə rast gəlinir. Əlbəttə, əgər onlara müəllim demək caizdirsə. Axı müəllimlik təkcə hər hansı bir fənni yaxşı bilməkdən ibarət deyil.
Mövzunu davam etdirəcəyik...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024