Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (1-02-2016, 15:27)
Dövlətçiliyə və şəffaflığa sadiqlik nümunəsi

 

Müasir dövrdə istənilən ölkədə səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi və şəffaf xidmətlər üçün ölkə üzrə daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası həlledici rol oynayır. Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrini, daşınmaz əmlakın vahid dölət kadastrını, ünvan reyestrini, daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi üzrə məlumat bazasını Əmlak Məsələləri Dövlət Komitəsi aparır. Təcrübəli iqtisadçı Kərəm Həsənovun rəhbərlik etdiyi bu mərkəzi icra hakimiyyəti orqanı fəaliyyət istiqamətləri üzrə əhəmiyyətli tədbirlər həyata keçirir. Ötən ilin fevralında daşınmaz əmlaklar haqqında Milli Məkan Məlumat Bazasının ictimai təqdimatı belə əhəmiyyətli hadisələrdəndir. Bu vahid informasiya bazası ilk növbədə tam əhatəliliyi, dəqiqliyi, etibarlılığı və çevik qaydada yeniləşən olmasıyla fərqlənir.

Əlbəttə, Komitənin fəaliyyətinin təqdirəlayiq kimi qiymətləndirilməsində sahənin inkişafına göstərilən dövlət qayğısının əhəmiyyəti danılmazdır. Ancaq bu sistemdə tərəqqini şərtləndirən bir subyektiv amil də var ki, bu da Komitəyə rəhbərlik edən çox hörmətli cənab Kərəm Həsənovun şəxsiyyətidir. Kərəm Həsənovun Komitəyə rəhbərlik etməyə başladığı gündən indiyədək ötən müddət , Əmlak Məsələləri Dövlət Komitəsinin tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub. Cənab K.Həsənov rəhbərlik keyfiyyətləri, zəkası, qətiyyəti, uzaqgörənliyi, iqtisadçı kimi yüksək bilgisi, rasional davranış modeli sayəsində başçılıq etdiyi dövlət qurumunda bugünkü yüksəlişə və inkişafa nail olunub. 

Kərəm Əvəz oğlu Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirərək “İqtisadçı” ixtisasına yiyələnmişdir. 1988-1989-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur.

1992-2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi işləmişdir. 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində Departament direktorunun müavini, departament direktoru, nazir müavini vəzifələrində çalışmışdır. 2001-2005-ci illərdə Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin direktoru vəzifəsində işləmişdir. 2005-2009-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır. 19 may 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur.

 

 

ƏDMK-nın sələfi olan qurumlara rəhbərlik edən şəxslərin nüfuz-təsir imkanları bilavasitə rəsmi, inzibati resursların fonunda müəyyən edilib. Kərəm müəllim isə təkcə formal olaraq deyil, həm də şəxsi keyfiyyətləri, nüfuzu, harizmatik xüsusiyyətləri ilə başçılıq etdiyi sistemdə həm rəsmi, həm qeyri-rəsmi lider statusu qazanıb. Kərəm Həsənovun innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin və başçılıq etdiyi qurumun stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Dövlətimizin başçısının ona göstərdiyi etimadı doğruldmuş, üzərinə götürdüyü məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməklə xalqa ləyaqətli xidmət nümunəsi göstərib.

“Mən xalqımın xidmətçisiyəm” - deyərək, məmurlara da öz əsas vəzifələrinin xalqa xidmət etmək olduğunu xatırladan möhtərəm Prezidentimiz İlham Əliyevin fərman və sərəncamlarını, proqram xarakterli göstəriş və sərəncamlarını, tövsiyələrini əldə rəhbər tutan cənab Kərəm Həsənov özü vətəndaşların müraciətlərinə həssas yanaşmaqla, Komitənin tabeli strukturlarının rəhbər və funksioner vəzifəli şəxslərinə də vicdanlılıq nümunəsi göstərib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Kərəm Həsənov respublikanın müxtəlif bölgələrində vətəndaşların qəbulunu keçirir. Komitənin yerlərdəki ərazi idarələrində baş tutan belə görüşlərdə sədr vətəndaşların müraciətlərinə baxır, onların təkliflərini dinləyir. Əsasən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətlərinə aid olan belə qəbullarda komitə sədri müraciətlərdə qaldırılan bəzi məsələlərin operativ həlli üçün müvafiq göstərişlər verir. Vətəndaşlara onların müraciətləri ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, bu məsələlərin həlli üçün zəruri addımların atılacağı bildirilir. Araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınır və nəticələri barədə onlara məlumat veriləcəyi bildirilir. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da Kərəm Həsənov tərəfindən qəbul edilir.

Vətəndaş qəbulunun keçirilməsi tarixi və yeri barədə öncədən müvafiq elan verilir və qeydiyyat üçün əlaqə vasitələri göstərilir.

Yeri gəlmişkən qeyd edək ki, K.Həsənovun təşəbbüsü ilə 2014-cü il aprelin 1-dən start götürən “Səyyar ofis” layihəsi çərçivəsində vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu və yoxlanışı xidmətləri göstərilir, eləcə də gələcək prosedurlarla bağlı onlara zəruri məsləhətlər verilir. Layihə BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) və Dünya Bankı (DB) tərəfindən bəyənilib. Kərəm Həsənovun təmsil etdiyi Azərbaycan iki il BMT AİK-nin Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupuna sədrlik edib. 

Son illər Azərbaycanda ƏMDK-nin fəaliyyətinin bir istiqaməti olaraq daşınmaz əmlakın kadastrının tərtibi ilə bağlı ciddi işlər görülür. Almaniyanın maliyyə dəstəyi ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi həyata keçirilir. Gəncə və Şəkinin bütün ərazisinin kadastr layihələrinin tətbiqi davam etdirilir. Son illər ərzində bu iki rayon üçün elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq. 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. Həmçinin respublikanın 2 milyon hektar ərazisinin elektron kadastr məlumat bazası yaradılacaq. Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi istiqamətində də komitə tərəfindən işlər görülür. Ünvanvermə işləri də yeni qaydada aparılır. Komitənin fəaliyyət istiqamətləri üzrə ümumilikdə 40-a yaxın xidmət növü müəyyənləşdirilib. Onların yarıdan çoxunun tətbiqinə başlanılıb və hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib. Bu sıraya dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı barədə məlumatın elektron verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aiddir.

Paralel olaraq, ƏMDK tərəfindən ASAN Xidmət mərkəzlərində daşınmaz əmlakla bağlı mənzillər, əmlak barədə arayışların verilməsi ilə bağlı xidmətlər təşkil edilmişdir.

Kərəm Həsənovun rəhbərliyi altında ƏMDK dövlət əmlakının idarə olunması və özəlləşdirilməsində də uğurlu siyasət yürüdür. Yeni sistem yaradılıb. Nəticədə qısa müddət ərzində əmlak münasibətlərində şəffaflıq daha da artıb. Formalaşan idarəçilik sahəsində yeni yanaşmalar təkmilləşdirilib. Dövlət əmlakı ilə bağlı olaraq son illərdə bir çox uğurlara imza atıb. Dövlət başçısı tərəfindən müasir dövlət əmlak idarəçiliyi strukturu formalaşdırılıb. Ölkədə əmlak satışında xüsusi artım diqqət mərkəzindədir. Azərbaycan 189 ölkə içərisində əmlak məsələlərinin uğurlu siyasətinə görə 10-cu yerə yüksəlib.

 

***

 

Kərəm Həsənovu rəhbərlik etdiyi strukturda çalışan insanlara, ümumiyyətlə, ölkə ictimaiyyətinə sevdirən cəhətlərindən biri odur ki, heç vaxt iddialı olmayıb, mənəviyyatını qoruyub saxlaya bilməsidir. .

Nəsirəddin Tusi xalqın qabaqcıl insanları haqqında deyir ki, “…onları bilik və bacarıqlarının çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqının saflığı, özlərininsə xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır”. Əgər bu meyarlarla bağlı mizan-tərəzi qurulsa, əlbəttə ki, Kərəm müəllim bir çoxlarından yüksəkdə dayanar. Daşıdığı vəzifədə neqativ hallara qarşı təkidlə dayanmış, təmiz, təmənnasız rəhbər adına xələl gətirəcək işlərə qol qoymamışdır. Bəzən onun tutduğu xətt şəxsi məqsədlərini yeritmək istəyən bəzi adamları qane etmir, ünvanına böhtan və hədyan informasiyaları dövriyyəyə buraxırlar. Amma bütün bunların fövqündə duran Kərəm müəllim daim öz prinsiplərinə sadiq qalmış, dövlətçiliyə, Ümummilli lider Heydər Əliyevin dəst-xəttinə xidmət etmək mövqeyindən dönməmişdir. Azərbaycan Prezidenti İlham Əliyevə sədaqəti ilə bütün mənasız və gərəksiz çəkişmələrdən yüksəkdə dayanmışdır.Kərəm müəllimə Daima layiq olduğu zirvədə qərar tutmasını arzulayırıq.

 

 Əfqan Bəhluloğlu

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024