Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (Bu gün, 08:16)
Yasamaldakı qanunsuz obyektin qapısı bağlıdır, yoxsa.......?-FOTOLAR

 

10.02.2025-ci il tarixdə “Mediatv.az” xəbər portalında “Yasamalda qanunsuz tikintiyə kim icazə verib?”(https://mediatv.az/karusel/123439-yasamalda-qanunsuz-tikintiye-kim-caze-verb.html) sərlövhəli məqalə dərc olunmuşdu. Söhbət paytaxtın Yasamal rayonu Müzəffər Həsənov küçəsi ərazisində həyata keçirilən tikilidən gedirdi. Redaksiyamıza daxil olmuş məlumata görə, sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının heç birindən lazımi icazəverici sənədləri alınmayıb, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmur. Dəmir konstruksiyalardan istifadə etməklə tikintinin ərazisi genişləndirilir. Odur ki, məsələ ilə bağlı Mediatv.az redaksiyası tərəfindən nəzarətedici qurumların hər birinə 10.02.2025-ci il tarixdə ayrı-ayrılıqda - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətlərinə ərazidə çəkilmiş fotoşəkillərin qoşma edildiyi yazıda yer alan faktların araşdırılması üçün sorğu məktubları göndərilmişdi.Sorğumuza yalnız FHN-nin FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən cavab məktubu gəlib (əlbəttə, əgər buna cavab demək olarsa – red.) Qalan instansiyalar isə hələ də susurlar.Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə görə elektron sorğuya dərhal,araşdırmaya ehtiyac olduqda isə 24 saaatdan gec olmayaraq cavab verilməlidir."Vətəndaşların müraciəti haqqında olan qanunda" isə bildirilir ki,15 gündən gec olmayaraq vətəndaşların müraciəti cavablandırılmalıdır.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri Yasamal rayonu Müzəffər Həsənov küçəsindəki  dəmir konstruksiyalı tikilinin qanuni,yaxud da qanunsuz olduğunu görəsən niyə cavablandırmaq isdəmir,yaxud da cavablandırmaqda çətinlik çəkir?
 

  FHN-nin FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən cavab məktubda bildirilir ki, müraciətimizlə bağlı Agentliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, qeyd edilən ünvanda mövcud qeyri-yaşayış obyektinin üzərində metal konstruksiyadan əlavə mərtəbə tikintisinin aparılması müşahidə edilmişdir.O ki qaldı Agentliyin qeyd olunan qanunsuzluq halı ilə bağlı gördüyü tədbirlərə, burda deyəsən “kələf dolaşıb”.Məktubda bildirilir:“...Obyektə giriş qapısı bağlı oldduğundan, obyektin kimə məxsusluğu və görülən işlərə dair icazə sənədlərinin olub-olmaması barədə məlumatların əldə edilməsi mümkün olmamışdır”. Məktubda Yasamal RİH-dən xahiş olunur ki,aparılan işlərin qanunauyğunluğu araşdırılsın, müvafiq tədbirlər görülsün və Agentliyə məlumat verilsin. Maraqlıdır, Agentliyin məktuba imza atmış rəis müavini Zemfira xanım Rzayeva bəyəm ünvanı bəlli olan mövcud obyektin tikintisinə başqa qurumları (məsələn, Yasamal RİH-ni – red.) bir yana, Agentliyin özü tərəfindən icazə verilib-verilmədiyini öyrənə bilməzdimi? Yəni, aydın məsələdir ki, obyekt kimindirsə, üstündə tikilən əlavə mərtəbə də onundur.Agentliyin “cavab xatirinə” cavab yazması, digər qurumların isə müraciətimizə susqunluqla yanaşması belə qənaətə gəlməyə əsas verir ki, əlaqədar qurumların yəqin ki,deməyə sözü qalmayıb.Aidiyyatı qurumların niyə susduğunu, bunu təxmin etməyi oxucuların ixtiyarına buraxırıq.Görək,redaksiyanın sorğusuna qeyri-həssas yanaşan Yasamal RİH, Agentliyin xahişinə necə reaksiya verəcək.
 Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.
   Mövzuya qayıldacağıq.
   шаблоны для dle 11.2

Xəbər lenti
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025