Karusel / Redaktor seçimi (Dünən, 14:59)
"SEHİRLİ DAYƏ"uşaq bağçası ilə GDU-ni hansı əlaqələr birləşdirir?

Mediatv.az-ın elektron poçtuna Gəncə Dövlət Universitetinin bir qrup müəllimi adından şikayət məktubu daxil olub.Aktuallığını nəzərə alıb şikayəyət məktubunu redaktə etməklə dərc edirik:
Gəncə Dövlət Universitetindən nə qədər şikayət olunsa da, əlaqədar qurumlar heç bir tədbir görmədiyinə görə rektor Yusif Yusibovun özbaşınalığı pik həddə çatıb. Rektorun bu özbaşınalığının arxasında rektorun qardaşı Cavanşir Yusibov- Maliyyə Nazirliyinin aparat rəhbəri durur. Sahil Babayevin Maliyyə Naziri təyin olunması kollektivdə sevinclə qarışlandı ki, bəlkə bu özbaşınalıqların qarşısı alına.Rektor o qədər "uzaqgörəndir" ki, beş il tamam olmamış qardaşının hesabına Maliyyə Nazirliyinin Yoxlama Komissiyasını gətirib öz "çirkin" əməllərini qanuniləşdirir.
Universitetin əməkdaşlarının maaşı ən aşağı səviyyədədir. Gəncə Dövlət Unversitetinin tələbələrinin sayı Gəncədəki digər universitetlərin tələbələrindən çoxdur. Buna baxmayaraq, Gəncədəki digər universitetlərdə olan əmək haqqı GDU-dan qat-qat çoxdur. Alt qruplarda yığılan milyonlarla pulun hara getdiyi naməlumdur. Yeni il, Novruz bayramı ərəfəsində respublikadakı digər universitetlər işçilərə maaşları müqabilində bayram hədiyyəsi verdi. Bayram münasibəti ilə ən az pul verən universitetlər 300 manat bayram hədiyyəsi verilməsi haqqında qərar verdi. Yusif Yusibov isə hər iki bayramda hər əməkdaşa 50 manat pul verilməsi haqqında göstəriş verdi, bu hədiyyə verilmiş 50 manata da vergi tətbiq olunur, nəticədə 37-38 manat pul qalır, bu kollektivi təhqir etmək deyilmi??? Ayıb deyilmi, 37 manata nə düşür ki, bunu da bayram hədiyyəsi adlandırırlar. “Kimya və biologiya müəllimliyi” ixtisasında pedaqoji fəaliyyətlə məşğul olan, guya "xüsusi bacarıq və səriştələri olan müəllimlər"in əmək haqlarına əlavələr olunur. Rektorun özü həmin fakültənin əməkdaşı olduğundan maaşlarına əlavələr edilən müəllimlər onun yaxın ətrafıdır. Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir, universitetdə adi dəftərxana ləvazimatları, kağız, marker belə verilmir, bu məqsədlə ayrılan pullar mənimsənilir. Dekan və kafedra müdirləri məcbur oub öz maaşları hesabına kağız alır, dərslərdə markeri tələbələr pul yığıb özləri alırlar. Universitetdə maaşları qaldırmağa pul tapmayan rektor xidməti maşın almaqda davam edir. GDU-da 8 xidməti maşın var. Rektorun köməkçisinə, 4 prorektora, rektorun müşavirinə, magistr təhsili olmayan, universitetin nəzdində yaradılmış İdman klubunun sədrinə belə xidməti maşın və sürücü ayırıblar. Rektorun özünün xidməti maşını olduğu halda, bu günlərdə "Leksus" modelli ən son model daha bir bahalı xidməti maşın aldı. Universitetdə təhsil və elmlə bağlı layihələrə ayrılan vəsait İnnovasiya Departamentinin rəhbəri Vasif Həsənovun əli ilə rəhbərlik tərəfindən açıq-aşkar mənimsənilir. Bu şəxslərin “işbirliyi” nəticəsində təhsil və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız Vasif Həsənova yaxın olan bir neçə şəxslər faydalanır. Təhsil və elmin inkişafına ayrılan çoxsaylı vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyələrə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxsin ya özü, ya da yaxın ətrafı gedir, ayrılan pullar da məhz onlar tərəfindən sağa-sola xərclənir. Universitetin Akreditasiyası zamanı ən az balı İnnovasiyalar Deportamenti alıb. Bunlar öz işlərini düzəltmək əvəzinə bütün günahları kollektivin üzərinə atırlar. Bu deportamentdə 5 şöbə var, bunların nə işlə məşğul olduğu və funksiyası məlum deyil. Bu şöbə öz funksiyasına aid olmayan işlərlə məşğuldur, məsələn imtahanların götürülməsi işi ilə. Deportamentin direktoru Vasif Həsənov əl altdan prorektor Şahin Xurşudovun "quyusunu belə qazıb", onunla rektorun arasını vurub, prorektor olmaq sevdasına düşüb.
Universitetin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa bu universitetin respublikada ən böyük korrupsiya yuvası olduğu aşkar olunar. Müəllimlərin maaşları artırılmır, universitetdə heç kim öz işi ilə məşğul deyil. Hərə əlinə bir siyahı alıb, yoxlama aparır, bir dərsdə beş-altı dəfə müxtəlif adamlar girib yoxlama aparır, tədris prosesi tam iflic vəziyyətindədir. Təsəvvür edin ki, professorun dərsinin keyfiyyətini, onun sənədlərini 7000-10000 manat civarında rüşvət müqabilində işə təzə götürülmüş uşaqlar yoxlayır. Görəsən qrup nümayəndəsi, tyutor, dekan müavini nə üçündür?
Rektor qorxur ki, birdən prorektor Şahin Xurşudov və dekanlar ondan xəlvət tələbələri aylığa buraxar, pul məsələsində rektoru aldadarlar. Ona görə müxtəlif adamları göndərib təkrar-təkrar yoxlatdırır ki, onu haqq-hesabda aldatmasınlar. Rektorun qəbul saatı yoxdur, heç bir əməkdaş rektoru görə bilmir, çünki əməkdaşları qəbul etmir. Kabinetdən çölə çıxmır. Bu semest keçirilən imtahanlarda təkcə İqtisadiyyat fakültəsində 1700- dən artıq imtahan kəsiri var. Elə tələbə var ki, bir neçə imtahandan kəsilib. Bu kəsirlər Şahin Xurşudovun "əl altdan maraqlar daxilində" imtahandan xeyli müddət keçməsinə baxmayaraq listləri dəyişdirməklə düzəldilir. İmtahandan yığdıqları buna bəs etmir. Bu adam hər şeyə girişir. Müxtəlif adamları maraqlar müqabilində universitetə müxtəlif vasitələrlə müəllim təyin etdirir. Belə şəxslərdən biri də Mais Gülalıyevdir. Bu adam vaxtı ilə İqtisadiyyt İnstitutunda, Mingəçevir Dövlət Universitetində, Azərbaycan Texologiya Universitetində və s. kimi yerlərdə rəhbər vəzifələrdə çalışıb, işlədiyi yerlərdən isə hansısa səbəbdən uzaqlaşdırılıb. Bu şəxc həm də Azərbaycan Yaşıllar Partiyasının Sədri olub. İndi isə Şahin Xurşudovun köməkliyi sayəsində"" sayəsində Gəncə Dövlət Universitetinə transfer olub. Hələ bu azmış kimi Şahin Xurşudov onu Menecment və Turizm işi kafedrasına müdir təyin etdirməyə çalışır. Halbuki həmin kafedranın hal-hazırda müdiri işləyən Əli Allahverdiyev işlədiyi sahədə respublikada kifayət qədər dəst-xətti olan, savadlı, kifayət qədər iş təcrübəsinə malik, fakültədə xüsusi nüfuza malik bir şəxsdir. Lakin Şahin Xurşudova belə kadr lazım deyil. O bahalı maşınlara, Bakıda, Tovuzda eləcə də Gəncədə kifayət qədər obyektlərə və daşınmaz əmlaka sahiblənməyi bacarıb. İndi isə şəhərin yaxşı yerində Sehrli dayə adlı uşaq başçası açıb. Bu baxçanın yerləşdiyi çox mərtəbəli villa da Şahin Xurşudovun mülkiyyətindədir. Hal-hazırda müxtəlif adamlardan işə qəbulla bağlı "vədlər verib", lakin rektora "fırıldaq gəldiyi" üçün rektor tərəfindən gözdən salınıb. Rektor həmin şəxslərin əmrini vermir, bu da həmin şəxslərin əlində qalıb.İşə düzəlmək isdəyən adamlar onun kabinetinin qarşısında növbəyə dayanır.
Kollektiv gözləyir ki, Təhsil Naziri Emin Əmrullayev rektor Yusif Yusibovun, Vasif Həsənovun, Şahin Xurşudovun qanunazidd əməllərinə nə vaxt son qoyacaqdır?
Mediatv.az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
9 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
9 03 2025
Tenderlər qalibi olan və vergidən yayınan “Dostluq H-EL” MMC indi də "Elm Ocağı" tədris mərkəzi açır
9 03 2025
9 03 2025
9 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025