Sosial / Slayd (6-12-2014, 21:53)
Kərəm Həsənov qərar verdi - daha iki rayonda "kupça"lar paylanır
Mediatv.az :Əmlak Məsələləri Dövlət Komitəsi bu gün Abşeron və Cəlilabad rayonlarında "Kütləvi çıxarış” kampaniyasını həyata keçirir.
Komitədən verilən məlumata görə, rayon sakinlərinin mülkiyyət hüquqlarına dair sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunmasına başlanılıb. İlkin mərhələdə Abşeron və Cəlilabad rayonlarında 400-ə yaxın sakin komitənin "Kütləvi çıxarış” kampaniyasından yararlanıb.
Kampaniya çərçivəsində "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir. Bu kampaniya ilk olaraq noyabrda Saatlı və Şəmkir rayonlarında keçirilib.
Kampaniya müddətində dövlət reyestrindən çıxarışlar vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa yerlərdə təqdim olunub.
Mobil ofislər vasitəsilə çıxarışların verilməsinin məqsədi rahatlıq və çevikliyi təmin etmək və vaxta qənaətdir. Mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də həyata keçirilir. Kampaniyadan faydalanmaq istəyən vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 nömrəli "Qaynar xətti”nə və ya Xidmətin müvafiq ərazi idarəsinə müraciət edə bilərlər.
Məlumatda o da bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edən bu kampaniyanı respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdirəcək. Bu ay kampaniya növbəti dəfə Qəbələ rayonunda keçiriləcək. Kampaniya daşınmaz əmlakla bağlı alğı-satqı proseslərini stimullaşdırır, nəticədə daşınmaz əmlak bazarının inkişafı sürətlənir. Daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunması, investisiya obyektinə çevrilməsinə təkan verir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024