Siyasət (18-05-2022, 14:30)
"Yenə də böyük səhv edirlər" - deputat

Millət vəkili Sahib Alıyev deyib ki, Sarkisyan 44 günlük savaş zamanı nələrin baş verdiyini unudub:
“Sarkisyan və digərləri bir reallığı unutmamalıdır ki, əgər Azərbaycanın torpaq bütünlüyünü tanımamaq siyasəti yeritməkdə davam etsələr, biz ötən əsrin sonunda itirilən torpaqlarımızı qaytardığımız kimi 100 il bundan öncəkiləri də qaytaracağıq.
Son günlər davamlı olaraq Göyçənin Yuxarı Şorcasından Kəlbəcərin Zəylik kəndindəki mövqelərimizin atəşə tutulduğu haqda xəbərlər verilir. O yerin coğrafiyasını yaxşı bilən biri kimi deyirəm ki, Azərbaycan Ordusuna əmr verilsə, Yuxarı Şorca 5 dəqiqəyə düşməndən təmizlənər. Xatırladım ki, 1918-ci ilin xəritəsində həmin kəndin yerləşdiyi Göyçə gölünün şərq sahili
Ermənistanın yox, məhz Azərbaycanın tərkibində göstərilir. Yeri gəlmişkən, Qarabağdakı ermənilərin “hüqüq, azadlıq və status”larından dəm vuran Ermənistan rəhbərliyi Göycə, Zəngəzur, Dərələyəzdən didərgin salınan azərbaycanlıların hüquqları haqda nə düşünür? Əgər onlara elə gəlirsə ki, bu suallar heç vaxt rəsmi səviyyədə qarşılarında verilməyəcək, yenə də böyük səhv edirlər”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
25 06 2025