Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-05-2022, 17:26)
AMEA Rusiyadan 15 min manata 140 jurnal, 52 qəzet alır - SİYAHI

 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Mediatv.az Yeniavaz.com-a istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Region Press” MMC (VÖEN – 2000827481) olub.
“Region Press” MMC Fizika İnstitutunun sifarişi əsasında Rusiya Federasiyasında nəşr olunan 9 adda elmi jurnalları satın alacaq. Satın alınacaq jurnallar üçün 14 min 984 manat 20 qəpik ödəniləcək.
Qeyd edək ki, “Region Press” MMC 07.09.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC Bakı şəhəri, Xətai rayonu, Neapol, ev 21, m. 44 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Dilanov Gündüz Həsrət oğludur.









Tenderlə bağlı diqqət çəkən məqam odur ki, müsabiqənin qalibi olan MMC-nin qanuni təmsilçisi Dilanov Gündüz Həsrət oğlu 2019-cu ilə kimi AMEA-da Mətbuat orqanları şöbəsinin müdiri olub.
“Region Press” MMC-nin qalib olduğu tender müsabiqəsində diqqət çəkən məqamlardan biri də odur ki, adları qeyd olunan elmi jurnallar və qəzetlərin Rusiyadakı satış (abunə) qiyməti tenderdə qeyd olunan qiymətdən aşağıdır.
Yeniavaz.com Rusiyanın məşhur “Kniqa-Servis”Agentliyinə istinadən AMEA Fizika İnistitutu tərəfindən satın alınacaq jurnalların 2022-ci il üçün abunə qiymətlərini həm rubl, həm də Mərkəzi Bankın açıqladığı mövcud rəsmi məzənnə (1 rub/0,024 azn) ilə manata çevirərək təqdim edir.
Rəqəmlərdən də göründyü kimi, jurnallar və qəzetin abunə qiyməti ümumilikdə 10 min 582 manat təşkil edir. Bu, AMEA-nın “Region Press” MMC-yə ödəyəcəyi vəsaitdən (14 984,2 azn) təxminən 4 min 400 manat azdır.
 


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022
19 05 2022